Gündəm
Nazirlik: Tələbələrə verilən təqaüdlərin maliyyələşdirilməsi tam başa çatdırılıb
“Dövlət sifarişi ilə ali təhsil və digər müəssisələrdə kadr hazırlığı xərcləri, o cümlədən təqaüd xərclərinin ali məktəblərin hesabına köçürülməsi aprelin 5-də tam başa çatdırılıb”.
Siyasi plüralizmin bariz nümunəsi
Azərbaycanda siyasi plüralizmin yüksək səviyyədə olması heç kimdə şübhə doğurmur. Ölkədə demokratik təsisatlar bərqərar olduğundan onlarla qarşılıq əlaqə və əmədaşlığa üstünlük verilir.
Ermənistan həbsxanalarının ağır vəziyyətindən yazan məhbus ölüb
Ermənistan həbsxanalarındakı dözülməz vəziyyətdən yazan məhbus Qraç Gevrokyan cəza çəkdiyi "Armavir" müəssisəsində ölüb.
KİV: Sankt-Peterburq metrosunda terror aktı törədən şəxs İŞİD tərkibində təlim keçib
Sankt-Peterburq metrosunda qatarı partladan və "Dirçəliş meydanı" stansiyasında bomba yerləşdirən şəxs İŞİD terror qruplaşmasında təlim keçib. Partlayıcı qurğunun komponentləri də bunu göstərir. Belə ki, kriminalistlər qatarda partlayıcı qurğunun komponentləri arasında yandırılmış şəkər aşkarlayıb. Ekspertlər bu "nou-hau"nun vətəninin Suriya olduğunu hesab edirlər.
Tarix Muzeyində İslam həmrəyliyi mövzusnda tədbir
2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən AMEA Milli Azərbaycan Tarixi Muzeyində silsilə mühazirələr təşkil olunur.
Qərbi Avropa xalqlarının dillərinə tərcümə edilmiş əsərlər MEK-də təqdim edildi
AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Azərbaycan müəlliflərinin Qərbi Avropa dillərində nəşr olunmuş ədəbiyyatları, çap əsərləri, digər nəşrlərinin təqdimatı” keçirildi.
Daha bir şəhərdə kimyəvi qətliam
Suriyada İdlibdən sonra Hama şəhərində kimyəvi qətliam baş verib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirib ki, sosial şəbəkələrdə yer alan iddialar və xəbərlər nəticəsində kimyəvi zəhərdən təsirlənən 175 nəfər xəstəxanalara müraciət edib. Kimyəvi silah Hamanın Lamitah qəsəbəsində həyata keçirilib.
Belarus azərbaycanlıları Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı bəyanat yayıb
Belarus Respublikasında fəaliyyət göstərən “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi ilə bağlı yayılmış məlumatlara görə narahatlığını bildirir. “OLAYLAR”-ın xəbərinə görə, Belarus azərbaycanlıları hesab edir ki, bunun arxasında Rusiya-Azərbaycan dostluğunu qəbul edə bilməyən müəyyən insanlar və təşkilatlar dayanır. Bu barədə təşkilatın yaydığı bəyanatda deyilir: “Uzun illərdir ÜAK-la əməkdaşlıq etdiyini diqqətə çatdıran təşkilat üzvləri bildirir ki, ÜAK on ildən artıqdı iki qardaş xalq arasında özünəməxsus körpü və xalq diplomatiyası rolunu oynayaraq ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.
Ermənistanda dərin böhran siyasi müstəviyə də keçib
«İşğalçı Ermənistanın ağır sosial-iqtisadi problemlər məngənəsində boğulduğu bütün dünyaya məlumdur. Artıq bu böhran siyasi müstəviyə də keçib». “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin deputatı Flora Qasımova deyib.
Sağlamlıq imkanları məhdud gənclər İslam Həmrəyliyi Oyunlarında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunan gənclərin sosial reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyasının dəstəklənməsi istiqamətində də mühüm tədbirlər görülür.
Qara dənizdə Rusiya-Türkiyə hərbi ittifaqı
Amerikanın The National İnterest dərgisi Rusiya və Türkiyənin birgə hərbi təlimi haqqında sensasion məqalə ilə çıxış edib. Maraqlıdır ki,sözügedən ölkələrin mediasında oxşar məlumatlara rast gəlinmir. Qara dənizdə hərbi donanmalar arasında qurulan işbirliyinin nəticəsində müxtəlif silah arsenalına malik gəmilər nəinki regional, eləcə də beynəlxalq gərginliyin artdığı dövrdə çoxları üçün gözlənilməz olan manevrlərlə çıxış ediblər. Rusiyanın qanadlı uzaqmənzilli “Kalibr”raketlərini daşıyan “admiral Qroqoryeviç” gəmisini müşaiyət edən minadaşıyanlar Türkiyənin “Barbaros”u və “Böyükadası” ilə bərabər şərti hədəflərə qarşı təşkilati koordinasiya,hücumların dəf edilməsi və xilas edilmə əməliyyatlarını həyata keçiriblər.
Sevil-Sevinc bacılarının törətdiyi qəza ilə bağlı SON MƏLUMAT - TAM TƏFƏRRÜAT
Dünən Bakının mərkəzində tanınmış müğənni Sevil-Sevinc bacılarının avtomobillə yolu keçməyə çalışan piyadanı vurması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, hadisə saat 09:20-də “Gənclər” Meydanında (Qoşa Qala qapısının yanı, Konstitusiya Məhkəməsinin qarşısı) baş verib. Sükan arxasında əkiz bacılardan 1990-cı ildə anadan olmuş Bakı şəhər sakini Səfərova Sevinc Azad qızı olub. O, idarə etdiyi “Dodge Durango” markalı, 90 UA 555 dövlət qeydiyyat nişanlı avtomobil ilə 1930-cu ildə anadan olmuş, Yasamal rayon sakini Ağayev Söhrab Rüstəm oğlunu vurub.
Ölkə iqtisadiyyatı yeni mərhələdə
2015-ci ilin əvvəllərindən müşahidə edilən qlobal iqtisadi və maliyyə böhranı hər bir ölkə kimi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Etiraf etmək lazımdır ki, ilk vaxtlar böhran özünü ciddi şəkildə göstərməyə başladı. Ancaq dövlətin atmış olduğu adekvat və qabaqlayıcı tədbirlər qısa zamanda böhranın aradan qaldırılmasına öz müsbət təsirini göstərdi. Artıq ölkə iqtisadiyyatında əvvəlki templə inkişaf tendensiyası müşahidə edilməkdədir. Hər halda cari ilin ilk üç ayının proqnozları belə deməyə əsas verir.
Gürcüstanın daha 4 kanalının “Azerspace-1” üzərindən yayımına başlanılıb
Gürcüstanın dörd kanalı (“İmedi” TV, “GDS” TV, “Pirveli” TV və “Marneuli” TV) “Azerspace-1” peyki üzərindən yayıma başlayıb.
Avropa Ukrayna vətəndaşları üçün vizanı ləğv etdi
Avropa Parlamenti Ukrayna vətəndaşları üçün viza rejiminin sadələşdirilməsinin lehinə səs verib. Müvafiq qətnamə bu gün AP-nin sessiyasında qəbul edilib.














