KİV: Sankt-Peterburq metrosunda terror aktı törədən şəxs İŞİD tərkibində təlim keçib
Sankt-Peterburq metrosunda qatarı partladan və "Dirçəliş meydanı" stansiyasında bomba yerləşdirən şəxs İŞİD terror qruplaşmasında təlim keçib. Partlayıcı qurğunun komponentləri də bunu göstərir. Belə ki, kriminalistlər qatarda partlayıcı qurğunun komponentləri arasında yandırılmış şəkər aşkarlayıb. Ekspertlər bu "nou-hau"nun vətəninin Suriya olduğunu hesab edirlər.
6 Aprel 2017 16:20 DünyaSankt-Peterburq metrosunda qatarı partladan və "Dirçəliş meydanı" stansiyasında bomba yerləşdirən şəxs İŞİD terror qruplaşmasında təlim keçib. Partlayıcı qurğunun komponentləri də bunu göstərir. Belə ki, kriminalistlər qatarda partlayıcı qurğunun komponentləri arasında yandırılmış şəkər aşkarlayıb. Ekspertlər bu "nou-hau"nun vətəninin Suriya olduğunu hesab edirlər.
Federal Təhlükəsizlik Xidməti əməkdaşları aparılan əməliyyat tədbirləri nəticəsində A.Cəlilovun Rusiyaya Türkiyədən keçdiyini müəyyənləşdirib. Hazırda onun Suriyaya səfər edib-etməməsi araşdırılır.
Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunda törədilmiş terror aktı nəticəsində 11 nəfər həlak olub, daha 3 nəfər xəstəxanada keçinib. Təqribən 50 nəfər yaralanıb. "Report" "fontanka.ru" portalına istinadən xəbər verir.