Gündəm

Nəsimi rayonu  -  “Gənclərinin  Zəfər Yürüşü” keçirilib

6 Aprel 2017 18:08

“Bizim bayrağımız bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır. Azad edilmiş torpaqlarda olarkən Azərbaycan bayrağı altında mən bir daha demişdim ki, Azərbaycan xalqı və Azərbaycan dövləti öz torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəkdir. Aprel döyüşləri bizim şanlı tariximizdir. Aprel döyüşləri bizim tarixi qələbəmizdir. Bu qələbə münaqişənin həllini yaxınlaşdırır”

Natiq Əliyev: "Neftin bahalaşması manata müsbət təsir edir"

6 Aprel 2017 18:04

"Azərbaycan OPEC qarşısında neft hasilatının azaldılması ilə bağlı üzərinə götürdüyü öhdəliyə tam riayət edib. Bilirsiniz ki, biz üzərimizə götürdüyümüz öhdəliyə əsasən yanvar-mart ayları ərzində gündəlik hasilatı 35 min barel azaltdıq. Biz mütəmadi şəkildə karteli bununla bağlı məlumatlandırırıq". Bunu  açıqlamasında Türkiyədə səfərdə olan energetika naziri Natiq Əliyev bildirib.

Yaxın Şərq böhranı yeni səviyyədə: böyük güclər fəallaşırlar

6 Aprel 2017 17:54

Son günlər Suriya və İraqda hərbi toqquşmalar daha da şiddətlənib. Onun əsas əlamətlərindən biri dinc əhalinin bombalanmasıdır. Nəticədə, yüzlərlə insan qətlə yetirilib, minlərlə insan isə qaçqın vəziyyətinə düşüb. Xüsusilə Mosulda situasiya o dərəcədə gərgindir ki, hökumət hərbi əməliyyatları dayandırıb. Suriyada isə Minbic və Afrin ətrafında geosiyasi gərginlik artıb. Burada Vaşinqton və Moskva PYD-yə açıq dəstək verməyə başlayıblar. Amerikalılar Rakkaya hücumdan bəhs edirlərsə, ruslar Afrinə nümayəndələrini yerləşdirib, maraqlarını təmin etməyə çalışırlar. Bunlara Ankara uyğun reaksiya verib. "Fərat qalxanı" əməliyyatının davam edəcəyini deyirlər.

İŞİD helikopter vurdu - 2 pilot öldü

6 Aprel 2017 17:52

İŞİD terror təşkilatının silahlıları İraqda hərbi helikopter vurub. Helikopter Mosul üzərində vurulub. Helikopterin iki pilotu hadisə nəticəsində həlak olub.

Tezliklə Yer ərimiş buzlaqların suyu altında qalacaq - NASA-dan ŞOK PROQNOZ

6 Aprel 2017 17:48

NASA son 9 il ərzində Icebridge layihəsi çərçivəsində hava şəraitini izləyir. Martın əvvəllərində alimlər məruzə ediblər ki, Arktikada buzların həcmi ən aşağı səviyyəyə çatıb.

Yadplanetlilər bunları Yeri dağıtmaq üçün EDİR? - Azərbaycanlı alimdən SENSASİYALI İDDİA

6 Aprel 2017 17:42

Son günlər bir-birinin ardınca Rusiya, İran Türkiyə və Qazaxstanda baş verən zəlzələlər bölgədə aktivliyin artması təəssütarını yaradıb. Bu aktivliyin son vaxtlar Yerdə daha çox görünmələri ilə bağlı xəbərlər yayılan yadplanetlilərlə əlaqəsinin olması fikirləri də var. Belə ki, zaman-zaman Yer kürəsində ekoloji sabitliyin pozulmasından narahatlıq duyan yadplanetlilər insanlara xəbərdarlıq edir, müəyyən işarələr verirlər.

"İslam Həmrəyliyi Oyunları yaxınlaşdıqca Milli Şuranın yadına mitinq düşür"

6 Aprel 2017 17:39

"Azərbaycanda hər dəfə hansısa böyük beynəlxalq tədbir ərəfəsində Milli Şuranın yadına mitinq düşür".

8 il imtahandan kəsilən qız TQDK-nı məhkəməyə verdi - 95 min təzminat istədi

6 Aprel 2017 17:32

Azərbaycanda daha bir vətəndaş maraqlı iddia ilə məhkəməyə müraciət edib. Bakı sakini Əsgərova Fəridə Faiq qızı 8 il dalbadal tələbə adını qazanmaq üçün imtahan verib. Hər dəfə test imtahanından kəsilən vətəndaş növbəti il test imtahanınan tələb olunan balı toplayıb. Aktyorluq ixtisası üzrə təhsil almaq istəyən Fəridə Əsgərova qabilliyyət imtahanına buraxılmayıb. Buna səbəb kimi isə onun seçdiyi qiyabi təhsil üzrə yaşının tələb olunan normalardan az olması göstərilib. Bu qərardan narazı qalan vətəndaş Dövlət İmtahan Mərkəzini (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) məhkəməyə verib. O məhkəmədən 95 min manat məbləğində təzminat tələb edib.

Təhsil Nazirliyindən müəllimlərə müraciət

6 Aprel 2017 17:29

Təhsil Nazirliyi bəzi şəhər və rayonlarda fəaliyyət göstərən müəllimlərin diaqnostik qiymətləndirməyə buraxılmaması məsələsinə aydınlıq gətirib.

Professor Əli Həsənovun kitabları AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib

6 Aprel 2017 16:59

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun 8 dildə (Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb, çin) çap olunmuş “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabları AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib.

Moldova Azərbaycanlıları Konqresi müraciət yayıb

6 Aprel 2017 16:42

Moldova Azərbaycanlıları Konqresi Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvinə dair yayılmış xəbərlərlə əlaqədar müraciət qəbul edib. “OLAYLAR”-ın xəbərinə görə, müraciətdə ÜAK-la bağlı yaranmış vəziyyətə görə Moldova azərbaycanlılarının narahatlığı bildirilir.

Sankt-Peterburqla əlaqələr genişlənir

6 Aprel 2017 16:43

Sankt-Peterburqda Azərbaycan Respublikası və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq Komissiyasının ilk iclası keçirilib.Bu barədə iqtisadiyyat nazirliyindən verilən məlumata görə,  Azərbaycan Respublikası və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında İqtisadi və Humanitar Əməkdaşlıq Komissiyasının həmsədri, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Rusiya Federasiyası ilə əməkdaşlığın qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslandığını və strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.

Cəbhədən son xəbər-Ermənilər yaşayış məntəqələrini atəşə tutur

6 Aprel 2017 16:40

Ermənistan silahlı qüvvələrinin bölmələri yaşayış məntəqəmizi atəşə tutub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

Natiq Kərimov və İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

6 Aprel 2017 16:36

Dövlətə xəyanətdə ittiham olunan Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.