Gündəm

Dünya tarixini dəyişdirə biləcək tapıntı - 1800 il yaşı var

6 Aprel 2017 19:00

Hayfa Universitetindən olan bir qrup İsrailli alim Aralıq dənizindən qədimi daş tapıblar. Mütəxəssislərin hesablamalarına görə, tapıntının təxminən 1800 il yaşı var.  Üzərində "yəhudilər" yazılan daşın 600 kq ağırlığında nəhəng abidənin bir hissəsi olduğu güman edilib.

“Uşaq hüquqları: öyrənək və öyrədək” mövzusunda təlim keçirilib

6 Aprel 2017 18:55

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin paytaxtın Nəsimi rayonunda keçirdiyi “Uşaq hüquqları: öyrənək və öyrədək” mövzusunda təlimdə rayon məktəblərinin bir qrup şagirdinə uşaq hüquqları ilə bağlı ətraflı məlumat verilmişdir.

ADU-da fransız dilində “Xəsis” nümayiş olunub

6 Aprel 2017 18:52

Aprelin 6-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Fransa Məlumat Mərkəzinin təşkilatçılığı ilə fransız ədəbiyyatının görkəmli dramaturqu və rejissor Jan-Batist Pokelən Molyerin “Xəsis” komediyasının təqdimatı keçirilib.

Ankara Universitetinin professoru ADU-da mühazirə oxuyub

6 Aprel 2017 18:47

Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribovanın təşkilatçılığı ilə Türkiyənin Ankara Universitetinin Dil, Tarix və Coğrafiya fakültəsinin Yapon dili və ədəbiyyatı  fənni üzrə professoru və  Asiya-Sakit Okean işləri və araşdırma Mərkəzinin müdiri Ali Mertan Dündar ADU-da təhsil alan amerikalı və azərbaycanlı tələbələrə türk-yapon münasibətləri mövzusunda mühazirə oxuyub.

Azərbaycan Dillər Universiteti Çin bayramını qeyd edib

6 Aprel 2017 18:43

Aprelin 6-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çinin ənənəvi bayramı “Təmiz aləm bayramı”na (Tsinmin) həsr olunmuş tədbir keçirilib.

Zərərçəkmiş: "Evimi satıb, pulu MTN əməkdaşlarına verdim" - YENİLƏNİB

6 Aprel 2017 18:41

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

“Sülh, mərhəmət, dözümlülük və ədalət İslam dinin dəyərləridir” mövzusunda konfrans

6 Aprel 2017 18:40

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində “İslam Həmrəyliyi İli” çərçivəsində “Sülh, mərhəmət, dözümlülük və ədalət İslam dinin dəyərləridir” mövzusunda konfrans keçirilib.

Ağdaş sakini "laqonda" ilə boğazını kəsdi

6 Aprel 2017 18:38

Ağdaş rayon sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. Hadisə rayonun Nehrəxəlil kəndində baş verib. Kənd sakini, 1987-ci il təvəllüdlü Anar Yusifov yaşadığı evin həyətində təsərrüfat işləri görərkən işlətdiyi "laqonda" aparatı ilə metal kəsərkən ehtiyatsızlığa yol verib və onun üzərindəki kəsici alət qəflətən qırılaraq iki hissəyə bölünüb.

London klubunun iki azarkeşi həbs olundu

6 Aprel 2017 18:32

"Crystal Palace" klubunun iki azarkeşi Premyer Liqanın 30-cu turunda "Çelsi" ilə oyundan (2:1) sonra həbs olunub. Həmin azarkeşlər Britaniyada ciddi qadağa qoyulan pirotexnikadan istifadə ediblər.

"Mançester Yunayted"dən 60 milyonluq təklif

6 Aprel 2017 18:31

İtaliyanın "İnter" klubunun futbolçusu İvan Perişiç karyerasını İngiltərədə davam etdirə bilər. Xorvatiyalı yarımmüdafiəçi "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

"Qəbələ"nin sabiq baş məşqçisi İspaniya klubunda

6 Aprel 2017 18:30

"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams İspaniyanın "Granada" klubuna idman direktoru təyin olunub. İngiltərə "Arsenal"ının sabiq kapitanı "Çuntsin Danqday Lifan"dakı analoji vəzifəsini Çin Super Liqasında mövsümə yekun vurulduqdan sonra bu kluba dəyişib.

Yığmamız 2 pillə irəlilədi, lider dəyişdi

6 Aprel 2017 18:29

Milli komandaların FİFA reytinqi açıqlanıb. Martda keçirilən DÇ-2018-in seçmə və yoxlama oyunlarının nəticələrinin də əksini tapdığı siyahıda bir sıra dəyişikliklər baş verib.

"Obameyanq cəzalandırılmasına anlayışla yanaşdı"

6 Aprel 2017 18:28

"Borussiya Dortmund"un idman direktoru Mixael Zork "Şalke" ilə oyunda qol sevincini "Nike" firmasının hazırladığı maskada bölüşməsi barədə danışıb.  Almaniyalı funksioner bunun bir daha təkrarlanmayacağını bildirib.

Nazir: "Türkiyə və Avropaya verdiyimiz sözün üstündə duracağıq"

6 Aprel 2017 18:22

"TANAP layihəsinə başqa ölkələrin qoşulması ilə bağlı mütəmadi olaraq mətbuatda xəbərlər yer alır. Şəxsən məni bu cür xəbərlər qəti maraqlandırmır". Bunu Türkiyədə səfərdə olan energetika naziri Natiq Əliyev bildirib.

Azərbaycan XİN rəhbəri Estoniya nümayəndə heyətini qəbul edib

6 Aprel 2017 18:13

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Estoniya dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının həmsədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.