"Mançester Yunayted"dən 60 milyonluq təklif
İtaliyanın "İnter" klubunun futbolçusu İvan Perişiç karyerasını İngiltərədə davam etdirə bilər. Xorvatiyalı yarımmüdafiəçi "Mançester Yunayted"in maraq dairəsinə düşüb.
6 Aprel 2017 18:31 İdmanİtaliyanın "İnter" klubunun futbolçusu İvan Perişiç karyerasını İngiltərədə davam etdirə bilər. Xorvatiyalı yarımmüdafiəçi "Mançester Yunayted"in maraq dairəsinə düşüb.
"Mankunianlar" təcrübəli xavbeki yayda transfer etmək niyyətindədi. Premyer Liqa təmsilçisi bu keçidin baş tutması üçün 60 milyon avro xərcləməyə hazırdı.
"Mançester Yunayted" Perişiçi heyətinə qatmaq üçün rəqabətdən qalib ayrılmalıdı. Belə ki, "Çelsi" də 28 yaşlı futbolçu ilə danışıq aparır.
Qeyd edək ki, Xorvatiya yığmasının da formasını geyinən Perişiçin "İnter"lə 2020-ci ilin yayına qədər müqaviləsi var. Aapasport.az