“Sülh, mərhəmət, dözümlülük və ədalət İslam dinin dəyərləridir” mövzusunda konfrans
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində “İslam Həmrəyliyi İli” çərçivəsində “Sülh, mərhəmət, dözümlülük və ədalət İslam dinin dəyərləridir” mövzusunda konfrans keçirilib.
6 Aprel 2017 18:40 SosialBakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində "İslam Həmrəyliyi İli" çərçivəsində "Sülh, mərhəmət, dözümlülük və ədalət İslam dinin dəyərləridir" mövzusunda konfrans keçirilib.
Universitetdən "Olaylar" - a bildirilib ki, konfransı giriş sözü ilə BDU-nun Elm və elmi innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə açaraq,ölkədəki mövcud dini durum, dini tolerantlığın tarixi ənənələri, qeyri-ənənəvi cərəyanlarla mübarizə sahəsində din xadimlərinin, ictimaiyyətin qarşısında duran vacib məsələlərdən bəhs edib, uşaq və gənclərin mənəvi inkişafının əhəmiyyətindən danışıb. Konfranda bildirilib ki, Prezident İlham Əliyevin 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə imzaladığı "Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında" Fəaliyyət Planına uyğun olaraq həyata keçirilir.
Akademik Vasim Məmmədəliyev islamda milli-mənəvi dəyərlərdən bəhs edib. Sonra Şərqşünaslıq fakültəsinin professoru Nəsrulla Məmmədov "İslamda milli ənənələr və millətlərarası münasibətlər", Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin "Analitika" şöbəsinin müdiri, fəlsəfə doktoru Rəşad İlyasov "İslam elm tarixində Azərbaycan məktəbi" BDU-nun İlahiyyyat fakültəsinin müəllimi Aqil Şirinov "Azərbaycan nümunəsində İslamda tolorentlıq" mövzusunda məruzə ilə çıxış ediblər.