Ermənistanda dərin böhran siyasi müstəviyə də keçib

«İşğalçı Ermənistanın ağır sosial-iqtisadi problemlər məngənəsində boğulduğu bütün dünyaya məlumdur. Artıq bu böhran siyasi müstəviyə də keçib». “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin deputatı Flora Qasımova deyib.

"İşğalçı Ermənistanın ağır sosial-iqtisadi problemlər məngənəsində boğulduğu bütün dünyaya məlumdur. Artıq bu böhran siyasi müstəviyə də keçib". "OLAYLAR"-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin deputatı Flora Qasımova deyib. O, bildirib ki, təcavüzkar siyasətindən əl çəkməyən bu ölkənin hakimiyyəti vəziyyətdən çıxmaq üçün yollar arayır. Onun sözlərinə görə, vəziyyət hakimiyyətin əleyhinədir: ""Aprelin 2-də Ermənistanda keçirilən saxta parlament seçkiləri əhali ilə hakimiyyət arasında uçurumu daha da dərinləşdirir. Artıq işğalçı ölkədə əhalinin Sarkisyan hakimiyyətinə qarşı etiraz aksiyaları başlayıb və bu proses daha da güclənməkdədir. Beynəlxalq təşkilatların rəyində də ciddi məqamlar var. Seçkinin saxtalaşdırılması ilə bağlı faktlar beynəlxalq müşahidəçilər tərəfindən qeydə alınıb. Ermənistandakı seçkilərlə bağlı hesabatlar bir daha Sarksiyan hakimiyyətinin iç üzünü dünya ictimaiyyətinə nümayiş etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31