Türkiyə hökuməti: İdlibdə kimyəvi silahdan istifadə edildiyi sübut olunub

Türkiyənin ədliyyə naziri Bekir Bozdağ Suriyanın İdlib şəhərində hərbi təyyarələrin havazərbəsindən sonra zəhərli qazdan ölənlərin meyitləri üzərində aparılan analitik ekspertizanın ilkin nəticələrini açıqlayıb.

Türkiyənin ədliyyə naziri Bekir Bozdağ Suriyanın İdlib şəhərində hərbi təyyarələrin havazərbəsindən sonra zəhərli qazdan ölənlərin meyitləri üzərində aparılan analitik ekspertizanın ilkin nəticələrini açıqlayıb.  B. Bozdağ analitik ekspertizada kimyəvi silahdan istifadə edildiyinin üzə çıxdığını bildirib.

Qeyd edək ki, aprelin 4-də səhər saatlarında müxalif Azad SuriyaOrdusunun nəzarətində olan İdlib şəhərinin Xan Şeyhun qəsəbəsinə havazərbəsi endirilməsindən sonra kimyəvi qazdan zəhərlənərək ölənlərin sayı 72 nəfərə çatıb. İdlibə kimyəvi bombaların Suriya, yaxud Rusiya qırıcı təyyarələrindən atıldığı bildirilir. Rusiya Müdafiə Nazirliyi isə Han Şeyhun qəsəbəsində silahlıların hərbi anbarının bombalandığını, anbarda kimyəvi silah saxlandığını iddia edib.  Apa.az Türkiyənin "Yeni Şafak" qəzetinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31