“Ovçular” mağazasında qanunsuz tüfəng aşkarlandı
Ağcabədi şəhərindəki “Ovçular” mağazasına baxış zamanı oradan müvafiq sənədləri olmayan ov tüfəngi və vasitələri aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları Ağcabədi şəhərindəki “Ovçular” mağazasına baxış keçirib. Nəticədə müvafiq sənədləri olmayan “TOZ-17” markalı yivli ov tüfəngi, 50 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
6 Aprel 2017 15:16 KriminalAğcabədi şəhərindəki "Ovçular" mağazasına baxış zamanı oradan müvafiq sənədləri olmayan ov tüfəngi və vasitələri aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları Ağcabədi şəhərindəki "Ovçular" mağazasına baxış keçirib. Nəticədə müvafiq sənədləri olmayan "TOZ-17" markalı yivli ov tüfəngi, 50 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.