İŞİD-ə qarşı döyüş zamanı silahını yerə qoyan polisin İLGİNC ADDIMının səbəbi bilindi - YENİLƏNİB - VİDEO
İraqın Mosul şəhərində İŞİD-ə qarşı döyüşən İraq hərbçilərinin maraqlı görüntüsü yayılıb. Mosulu İŞİD-dən təmizləmək üçün başladılan əməliyyatlar çərçivəsində İraq polisləri, terrorçularla maraqlı bir üsulla döyüşüblər.
6 Aprel 2017 14:30 Dünyaİraq polisinin İŞİD terrorçularıyla döyüş zamanı silahı yerə qoyub, daş atmaqlarının səbəbi məlum olub. Ərəb dilində danışan polislərin dialoqu zamanı məlum olur ki, silahını kənara qoyan polis onları nişan almağa çalışan iki İŞİD-çi snayperin nəzərindən yayınmaq üçün bu addımı atıb.
Polisin sapandla hər dəfə daş atdığı yerə snayperlərin atəş açdığı da videoda eşidilir.
***
İraqın Mosul şəhərində İŞİD-ə qarşı döyüşən İraq hərbçilərinin maraqlı görüntüsü yayılıb. Mosulu İŞİD-dən təmizləmək üçün başladılan əməliyyatlar çərçivəsində İraq polisləri, terrorçularla maraqlı bir üsulla döyüşüblər. Yayılan görüntülərdə İraq polis qüvvələrinin əməkdaşlarının əllərindəki silahları kənara qoyub, sapandlarla İŞİD terrorçularına daş atdıqları əks olunub.
İraq polislərinin kiçik daşlarla İŞİD-çilərə zərər vermək istəyinin səbəbi isə bilinmir. Ancaq terrorçulara qarşı yaxın məsafədə bu üsulla döyüşmək də insanları çaşbaş salıb. Milli.az Milliyet-ə istinadən xəbər verir.