Qadının başı metroda qapıda qaldı - VİDEO

Qadının vücudu vaqonda, başı isə çöldə idi. Ehtiyatsız davranan qadın bu vəziyyətdən qurtulmaq üçün çalışsa da, bir nəticə hasil olmamışdı. Perrondan keçən sərnişinlər isə yaşananlara laqeydcəsinə baxırdılar.

Qadının vücudu vaqonda, başı isə çöldə idi. Ehtiyatsız davranan qadın bu vəziyyətdən qurtulmaq üçün çalışsa da, bir nəticə hasil olmamışdı. Perrondan keçən sərnişinlər isə yaşananlara laqeydcəsinə baxırdılar.  Hadisə Nyu-York metrosunda yaşanıb. Qadın yardım istəsə də, sərnişinlərdən kimsə ona kömək etməyib. Əksinə, bu olayı sonradan sosial şəbəkələrdə paylaşmaq üçün smartfonla çəkənlər az olmayıb.

Hadisə yerinə gələn polis əməkdaşları qadını xilas ediblər. Milli.az ABC-yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31