Xarici sərmayədarların Azərbaycanda təhsil müəssisəsi açması...

Milli Məclisin Elm və təhsil komitəsində “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi aparılıb. Millət vəkili, adıçəkilən komitənin sədri İsa Həbibəyli qeyd edib ki, “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi hazırlanarkən dünya təcrübəsi öyrənilib və bu təcrübə Azərbaycan reallığına, maraqlarına və ölkənin təhsil sahəsindəki strategiyasına uyğun hesablanıb.

Deputat: "Başqa ideologiyaların yayılmasına və  xoşagəlıməyən  nəticələrə gətirib çıxara bilər"

Milli Məclisin Elm və təhsil komitəsində "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi aparılıb. Millət vəkili, adıçəkilən komitənin sədri İsa Həbibəyli qeyd edib ki, "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi hazırlanarkən dünya təcrübəsi öyrənilib və bu təcrübə Azərbaycan reallığına, maraqlarına və ölkənin təhsil sahəsindəki strategiyasına uyğun hesablanıb. Qanun  layihəsi hazırlanarkən Qərb, MDB və Asiya ölkələrinin təcrübələri öyrənilib. Ancaq biz həmən təcrübələri olduğu kimi, qəbul etməmişik, biz bu təcrübələrə yaradıcılıqla yanaşaraq, sənədi öz ölkəmizin milli maraqlarına və reallaqılarına uyğun şəkildə  hazırlamışıq". Komitə sədri əlavə edib ki, məktəbəqədər  təhsil müəssisələrinə ali pedaqoji təhsilli kadrlar rəhbər təyin olunmalıdır. Əgər  məktəbəqədər təhsil müəssisələrinə ancaq məktəbəqədər təhsil ixtisasını bitirmiş kadrların təyini icbari olarsa, bu, gələcəkdə ciddi kadr çatışmazlığı yaradacaq. Onun sözlərinə görə, ölkə ərazisində məktəbəqədər təhsil müəssisələrinin yaradılması ilə bağlı dövlət proqramları həyata keçirilir və yaxın gələcəkdə demək olar ki, respublikanın əksər ərazisində məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərəcək: "Bu zaman isə kadr problemi ortaya çıxa bilər. Ona görə də kadr problemi yaşanmasın deyə, məktəbəqədər təhsil müəssisələrinə  təkcə məktəbəqədər təhsil ixtisasi alan şəxslərin deyil, ümumiyyətlə, ali pedaqoji təhsilli kadrların təyin olunmasının qanun layihəsində əksini tapmasını təklif edirik. Hesab edirik ki, bu, işin ancaq xeyrinə ola bilər". Komitə sədri deyib ki, sənəddə ictimaiyyətin fikirləri nəzərə alınaraq, 7.6 maddəsi yenidən bərpa edilib: "Bu maddədə  təhsildə didaktik prinsiplərin tətbiqi özünün əksini tapıb. Yəni, burada təhsilin nəticəyönümlülüyü, şəxsiyyətyönümlülüyü, uşaqyönümlülüyü, inkiaşfyönümlülüyü, milliliyi, dünyəviliy, varisliyi və sair  nəzərdə tutulur". Komitə sədri eyni zamanda əlavə edib ki, qanun alyihəsində 5 yaşa qoyulan məhdudiyyət  məsləsi aradan qaldırılıb: "Çünki referendumda edilən dəyişikliyə əsasən 18 yaşlı şəxs istənilən vəzifəyə  seçilə və ya təyin oluna bilər. Ona görə  5 yaş məhdudiyyəti də aradan qaldırılıb. Bu, Konstitusiyanın tələbidir". İ. Həbibbəyli onu da deyib ki, ölkədə  digər dillərdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərə bilər: "Yəni, ana dilinin prioritetliyini saxlamaqla yanaşı, məktəbəqədər təhsil müəssisələrində başqa dildə fəaliyyət göstərən qruplar və ya  ayrıca digər dillərdə bağçalar da fəaliyyət göstərə bilər. Bizdə əsasən rus, ingilis, frnasız və alman dilində bağçalar  fəaliyyət göstərə bilər və bunda da  hər hansı problem ola bilməz". Komitə sədri həmçinin deyib ki, məktəbəqədər təhsil müəssisələrinin  hər beş ildən bir akkreditasiyadan və işçilərn attestasiyadan keçirilməsi nəzərdə tutulur. Millət vəkili Bəxtiyar Əliyev qeyd edib ki, mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycanın bütün  rayon və şəhərlərində defektoloq və loqoped psixoloji mərkəzlərinin yaradılması nəzərdə tutulsa da, 15 ildən artıdır ki, bu, edilmir. Onun sözlərinə görə,  Azərbaycanda təhsil sahəsini əhatə edən müxtəlif  qanunlar qəbul edilsə də, indiyədək  həmin qanunlarda nəzərdə tutulan bir çox məsələlər reallaşmayıb:"Bunlardan biri kimi mən defektologiya və loqoped mərkəzlərin yaradılmasını göstərə bilərəm. Hansı ki, bu defektologiya və loqopedik psixoloji mərkəzələr  psixoloji yaradıcılığında, eyni zamanda,  fiziki cəhətdən qüsurlu   uşaqların adaptasiyası ilə bağlı öz xidmətini göstərməli idi. Ancaq təssüflər olsun ki, adıçəkilən qanunların qəbul olunmasından xeyli illər keçməsinə baxmayaraq, 15 ildən artıqdır ki, bunlar həllini tapmır.Bunlar ciddi məsələlər olduğundan nəticə çıxarılmalıdır. Hesab edirəm ki, sağlamlıq məhdudiyyəti olan uşaqların məktəbəqədər təhsilə cəlb olunması ilə bağlı müddəaların  "Məktəbəqədər təhsil haqqında" qanun layihəsində  əksini tapması yerində olan məsələdir". B. Əliyev deyib ki, əvvələr bu sahədə kadrlar ancaq pedaqoji kadr kimi hazırlnsa da, indi artıq ali təhsil müəssisələrində ayrıca  ixtisas kimi keçilməyə başlanılıb: "Artıq bununla bağlı Nazirlər Kasbineti tərəfindən defektoloq, loqoped ixtisaslarının standartları müəyyənləşib və tədris edilir". Millət vəkili Şəmsəddin Hacıyev isə qeyd edib ki, "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi "Təhsil haqqında" qanunla müəyyən ziddiyət təşkil edir. Onun sözlərinə görə, adıçəkilən qanun layihəsinin müəyyən müddəalarında "Təhsil haqqında" qanundakı müddəalarla  ziddiyət təşkil edən məqamlar var: "Burada xeyli məqamı dilə gətirmək olar. Mən ancaq onlardan bir haqqında- təhsil müəssisəsinin təsisçiliyi ilə bağlı məsələni  demək istəyirəm."Təhsil haqqında" qanunda bu məslələr öz əksini tapıb və  indi müzakirəyə çıxarılan bu qanundakı müddəa ilə ziddiyət təşkil edir. Təsisçilik başqa bir şey, tədris tamam başqa bir şeydir. Hesab edirəm ki, əgər biz məktəbəqədər təhsil sahəsinin inkişaf etdirilməsini istəyiriksə, o zaman xarici sərmayədarları də bu prosesə cəlb edə bilərik. Burada hər hansı problem görmürəm, çünki belə praktika mövcuddur. Ona görə ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondunun rəhbəri olan zaman  bir sıra xarici ölkədə məktəblər açıb. Ona görə  biz də bu praktikadan istifadə edərək, xarici sərmayədarları bu prosesə cəlb edə bilərik". Onun bu təklifi isə  bir sıra millət vəkilləri tərəfindən etirazla qarşılanıb. Millət vəkili Asim Mollazadə bildirib ki, xarici sərmayədarların Azərbaycanda təhsil müəssisəsi açması başqa ideologiyaların yayılmasına və digər xoşagəlıməyən  nəticələrə gətirib çıxara bilər. Ş. Hacıyev də  ona cavabında bildirib ki, xarici sərmayədar məscid  açımir ki, burada vahabizim və yaxud digər  ideoloji baxışlar  təbliğ olunsun: "Asim bəy  ilk olaarq "Təhsil haqqında" qanunu oxuyun, ondan sonra deyin. Dövlətin nəzarət mexanizmi var və buna nəzarət eməlidir. Burada hər hansı təhlükəli məqam görmürəm. Elə sərmayədar var ki, heç açdığı təhsil müəssisəsini gəlir gətirmək üçün deyil, xeyriyyə məqsədi ilə açır. Biz niyə görə də bu imkandan istifadə etməyək?! Digər bir məqamı da xatıraladım. Əgər istəmiriksə, o zaman  təsisçiliklə bağlı "Təhsil haqqında" qanuna öncə dəyişiklik edək və ondan sonra burada onu tətbiq edək". Komitə sədri İsa Həbbibləyi öz növbəsində məsələyə reaksiya verərək bildirib ki,  bu sahədə hər hansı xarici sərmayəyə və sərmayədara ehtiyac yoxdur:"Mən də həmkarlarımın mövqeyini dəstəkləyərək hesab edirəm ki,  bu, gələcəkdə müəyyən fəsadlar yarada bilər".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31