Məhkumun alt paltarında narkotik maddə aşkar edilib

Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına qadağan olunmuş əşyaların və narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına qadağan olunmuş əşyaların və narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar" verilən məlumata görə, Penitensiar xidmətin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son günlərdə müəssisəyə narkotik maddə və uyuşdurucu dərman preparatlarının keçirilməsinin qarşısı alınmışdır. Belə ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hacıyev Əbülfəz Hacıbala oğlu müəssisəyə daxil olarkən üstünə və əşyalarına baxış keçirilən zaman alt paltarında gizlətdiyi çəkisi 0.208 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. 
Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Muxtarov Hacıbaba Tofiq oğlu müəssisəyə daxil olarkən üstünə və əşyalarına baxış keçirilən zaman cibində gizlətdiyi tramadol dərman həbləri aşkar edilərək götürülmüşdür.  Faktrlar üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Sabunçu Rayon Polis İdarəsinə göndərilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31