Ermənistan seçkidən sonra: seçicilərə verilən pullar geri alınır

Ermənistanda deputat seçilməyən namizədlər mandat almaq üçün verdikləri pulları geri istəyirlər. Gümrünün Ani bölgəsində yayılan söz-söhbətlərə görə, Sarkisyan partiyasından namizədliyi irəli sürülən şəxslərdən biri gülünc doğuran addım atıb.

Adı açıqlanmayan namizəd parlamentə seçilməməsi səbəbindən qərargah işçiləri vasitəsilə bir səs üçün verdiyi 10 min dram rüşvətin qaytarılmasını tələb edir. 

Namizədin qərargah işçiləri əllərində siyahı ilə məhəllə-məhəllə gəzərək, mənzillərin qapılarını döyür, sakinlərin seçkiyə gedib-getmədikləri haqqında maraqlanır, daha sonra 10 min dram pulu tələb edirlər. 

Qeyd edək ki, seçki öncəsi rüşvət paylanması, daha sonra əhalidən rüşvətin toplanması, həqiqətən də, Ermənistanda parlament seçkilərinin hansı səviyyədə keçdiyini açıq-aşkar sübut edir. Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31