İslam Universitetində Ümumdünya Fiziki Aktivlik Günü
Aprelin 6 – da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə İslam Universitetində “6 aprel - Ümumdünya Fiziki Aktivlik Günü”nə həsr olunmuş maarifləndirici mühazirə təşkil edib.
6 Aprel 2017 14:22 SosialAprelin 6 - da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə İslam Universitetində "6 aprel - Ümumdünya Fiziki Aktivlik Günü"nə həsr olunmuş maarifləndirici mühazirə təşkil edib.
Nazirlikdən "Olaylar" - a bildirilib ki, tədbirdə İSİM-in əməkdaşı tələbələrə fiziki aktivliyin və sağlam həyat tərzinin əhəmiyyəti haqqında məlumat verib.
"Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planı"nın aidiyyəti bəndlərinə əsasən keçirilmiş mühazirə gənclərin sağlam həyat tərzi haqda məlumat əldə etmələrinə yönəlib.