Gündəm

Hansı hallarda əmək pensiyası təyin ediləcək?

6 Aprel 2017 14:08

Pensiya sistemində edilən yeni dəyişikliklərlə bağlı bizə çoxsaylı suallar yaranıb. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov həmin dəyişikliklərlə bağlı suallara aydınlıq gətirib. İqtisadçı bildirib ki, bu dəyişikliklərin şərhi yox, yalnız izahıdır.

Mənalı ömürün işığında

6 Aprel 2017 14:06

Hər bir insanın ömür payı vardır. Kimi faydalı,kimisi isə mənasız işlərə bu əvəzsiz sərvəti xərcləyir. Xoşbəxt o insandırki, ömrünü özünə, ailəsinə, elinə, xalqına,vətəninə sərf edib,mənalı xidmət etməkdən qurur duyub və ona nail olsun.Belə insanlar az deyildir.Onlardan biri də İmran Rəşid oğlu Əbilovdur.

Müxalifətçilər sosial şəbəkələrdə insanları, gəncləri hərc-mərcliyə, xaosa çağırırlar

6 Aprel 2017 14:03

“Mitinqlərə çıxmaq və çağırışlar etmək böyük günahlardandı” AntiAzərbaycan şəbəkə yenə aktiv fəaliyyətdədir. Səbəb və məqsəd də bəllidir. Qarşıdan gələn İslam Hərməyliyi Oyunları ərəfəsində ölkədə siyasi sabitliyi pozmaq, əsas diqqəti İslam Həmrəyliyi Oyunlarından yayındırmaq, beləliklə də, ölkəmizin nüfuzuna zərbə vurmaqdır. Əgər niyyət, məqsəd bu olmasaydı mitinq eşqinə düşən radikal müxalifət aprelin ilk ongünlüyünə nəzərdə tutduğu etiraz aksiyasını başqa zamana keçirərdi.

Cavanlaşan narkomaniya insanı fiziki və ruhi cəhətdən şikəst edir

6 Aprel 2017 14:01

Son illər ölkədə narkotik istifadəçilərinin sayında artma tendensiyası ilə yanaşı, istifadəçilərin yaş həddində cavanlaşması prosesi də müşahidə olunur. Məlumat üçün qeyd edək ki, respublikada qeydiyyatda olan narkotik istifadəçilərinin sırasında 14 yaşında olan vətəndaş da var. Respublika Narkoloji Mərkəzindən verilən məlumata görə, narkomaniya istifadəsi təkrarlanan bir xəstəlikdir  və bu xəstəliyin başlanmasında 18-20 yaş qrupu üstünlük təşkil edir. Məlumatda bildirilir ki, nəinki Azərbaycanda, eləcə də dünyada narkotika aludəçiliyindən tam olaraq sağalma faizini və ya rəqəmini söyləmək qeyri-mümkündür: “Bu xəstəliyin təkrar yaranma ehtimalı var. Çünki bu tibbi xəstəlik olmaqla yanaşı, sosial xəstəlikdir”. Xatırladaq ki, Azərbaycanda narkotik maddə istifadəsinin geniş yayılmasının ən mühüm səbəbi isə ölkənin tranzit mövqedə yerləşməsidir. Bəs, əsrin bəlası, “ağ ölüm” adlanan bu xəstəlikdən necə qurtulmaq olar? 

Ermənistanda prezident dəyişikliyi gözlənilir

6 Aprel 2017 13:57

Məlum olduğu kimi Ermənistanda keçirilən 2 aprel parlament seçkilərindən sonra ölkənin yarımprezident idarəetmə üsulunun əvəzinə parlament idarəetmə sisteminin tətbiq ediləcəyi nəzərdə tutulur.

Dənizdə kişi meyiti tapılıb

6 Aprel 2017 13:41

Həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində dənizdə naməlum kişi meyiti aşkarlanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, tapılan meyitin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. 

Dumanlı çiskinli hava...

6 Aprel 2017 13:37

Aprelin 7-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var. Cənub küləyi əsəcək. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 4-7° isti, gündüz 14-18° isti, Bakıda gecə 4-6° isti, gündüz  15-17° isti olacağı gözlənilir.

Əsəd: "Bu savaşı qazanmasaq, Suriya xəritədən silinəcək"

6 Aprel 2017 13:31

Suriya lideri Bəşər Əsəd Xorvatiyanın "Vecernji List" qəzetinə müsahibə verib.  Əsəd müsahibəsində ölkəsindəki terrorçu qrupların məğlub edilmədiyi təqdirdə Suriyanın xəritədən silinəcəyini söyləyib. "Ümidimiz gedərək artır. Bu da inanclarımızla bağlıdır. İnanc olmasa, ümid də olmaz. Nə olursa olsun, qələbə qazanmaqdan başqa seçimimiz yoxdur. Bu savaşı qazanmasaq, Suriya xəritədən silinəcək".

Azərbaycan prezidenti Türkiyənin Beynəlxalq Dostluq Mükafatı ilə təltif olunub

6 Aprel 2017 13:29

Prezident İlham Əliyev Türkiyənin İstanbul şəhərinin Çekmeköy bələdiyyəsinin aylıq nəşri olan "Çekmeköy 2023" jurnalının təsis etdiyi Beynəlxalq Dostluq Mükafatı ilə təltif edilib.

“Terrordan Rusiya hakimiyyəti öz məqsədləri üçün istifadə edəcək” 

6 Aprel 2017 13:26

“Rusiyanın Sankt-Peterburq şəhərində baş verən mərhəmətsiz terror aktı ilə keçən ilin sonunda Ankarada diplomatın öldürülməsilə  nəticələnən hadisə arasında bir paralellik görmək mümkündür. Hər iki terror aktı Rusiyanın Suriya siyasətinə etiraz olaraq və dinc insanların amansızcasına qətl edilməsinə qarşı yönəlik anaoloji addımdır”. Bunu politoloq Vasif Əfəndiyev deyib.

"Dünyadakı terror hadisələrinin ermənilərlə bağlılığı var"

6 Aprel 2017 13:24

“Beynəlxalq dövlətlərin və təşkilatların Ermənistanda keçirilən saxta parlament seçkilərlə ilə bağlı bəyanatlarının heç bir davamı olmayacaq. Bu bəyanatlar elə bəyanat olaraq da qalacaq”. Bunu deputat Asim Mollazadə deyib.

Siyasi şərhçi: “Heç bir dövlət hansısa terror aktından sığortalanmayıb”

6 Aprel 2017 13:22

“Ümumrusiya Xalq Cəbhəsinin böyük media forum keçirdi. Bu tədbirdə həm çoxsaylı jurnalistlər, həm də prezident Vladimir Putin iştirak edirdi. Bundan başqa Sankt-Peterburq prezident Putinin doğma şəhəridir. Bunları nəzərə alaraq, demək olar ki, bu, əvvəlcədən planlaşdırılmış terror hadisəsi idi”. Bunu siyasi şərhçi Arzu Nağıyev deyib.

“Quş qripi”nə görə aparılan növbəti monitorinq başa çatıb

6 Aprel 2017 13:21

Xəbər verdiyimiz kimi, martın 27-dən “quş qripi” xəstəliyinə görə ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX), Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə növbəti monitorinq başlanmışdır. Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilmişdir. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlarda saxlanılan quşlardan da nümunələr götürülmüşdür.

Xəzərdə hərbi təlimlər başladı

6 Aprel 2017 13:19

Rusiya Xəzər dənizinində hərbi təlimlərə strat verib. Rusiyanın Xəzər donanmasının flaqmanı olan “Dağıstan” və “Tatarıstan” raket gəmiləri, “Qrad Sviyajsk” və “Uqliç” kiçik raket gəmiləri, habelə artilleriya və desant gəmiləri təlimdə yer alır. Həmçinin Rusiya Şərqi Avropada və Cənubi Qafqazda öz təsir dairəsini artırmaqla, bu regionlarda dövlətlərin milli suverenliyinə təhdid yaratmaqdadır.

Binəqədidə bələdiyyə sədrləri ilə görüş keçirilib

6 Aprel 2017 13:18

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə bələdiyyə sədrləri ilə görüş keçirilib.