Binəqədidə bələdiyyə sədrləri ilə görüş keçirilib
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə bələdiyyə sədrləri ilə görüş keçirilib.
6 Aprel 2017 13:18 SosialBinəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə bələdiyyə sədrləri ilə görüş keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, bələdiyyə sədrləri, bələdiyyə sədrlərinin müavinləri və bələdiyyə gəlirləri və yerli vergilər şöbələrinin müdirləri iştirak ediblər. Görüşdə bələdiyyə sədrləri çıxış edərək rəhbərlik etdikləri bələdiyyələrdə mövcud maliyyə durumu, bələdiyyə vergilərinin və rüsumlarının yığılması vəziyyəti, bu sahədə mövcud olan çətinliklər və problemlər barədə məlumat veriblər. Görüşdə müzakirə olunan məsələlər barəsində geniş fikir mübadiləsi aparılmış və təkliflər səsləndirilib. Qeyd edilib ki, hazırda ölkə həyatının bütün sahələrində olduğu kimi, bələdiyyələrdə də işin keyfiyyətinin yaxşılaşdırılması, bələdiyyələrin nüfuzunun artırılması, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması, bələdiyyələrdə idarəçiliyin təkmilləşdirilməsi, bələdiyyə-seçici münasibətlərinin inkişaf etdirilməsi istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, qanunvericiliyin bazası möhkəmləndirilir, məqsədyönlü tədbirlər həyata keçirilir. Bu istiqamətdə Binəqədi rayonunda da xeyli işlər görülmüş, bələdiyyələrə keçirilən sonuncu seçkilərdən sonra rayonun bələdiyyələrində xeyli dərəcədə keyfiyyət dəyişikliyi baş verib. Bununla belə həmçinin qeyd edilib ki, bələdiyyələrin mövcud potensialından daha səmərəli istifadə etmək üçün hələ çox iş görülməlidir. İclasda bələdiyyələrin vergi və rüsumlarının yığılması, bələdiyyə gəlirlərinin artırılması, bələdiyyələrin maliyyə vəziyyətinin sağlamlaşdırılması və iqtisadi imkanlarının artırılması məqsədilə təklif və tövsiyələr səsləndirilib.