Xəzərdə hərbi təlimlər başladı
Rusiya Xəzər dənizinində hərbi təlimlərə strat verib. Rusiyanın Xəzər donanmasının flaqmanı olan “Dağıstan” və “Tatarıstan” raket gəmiləri, “Qrad Sviyajsk” və “Uqliç” kiçik raket gəmiləri, habelə artilleriya və desant gəmiləri təlimdə yer alır. Həmçinin Rusiya Şərqi Avropada və Cənubi Qafqazda öz təsir dairəsini artırmaqla, bu regionlarda dövlətlərin milli suverenliyinə təhdid yaratmaqdadır.
6 Aprel 2017 13:19 SosialRusiya Xəzər dənizinində hərbi təlimlərə strat verib. Rusiyanın Xəzər donanmasının flaqmanı olan "Dağıstan" və "Tatarıstan" raket gəmiləri, "Qrad Sviyajsk" və "Uqliç" kiçik raket gəmiləri, habelə artilleriya və desant gəmiləri təlimdə yer alır. Həmçinin Rusiya Şərqi Avropada və Cənubi Qafqazda öz təsir dairəsini artırmaqla, bu regionlarda dövlətlərin milli suverenliyinə təhdid yaratmaqdadır. "OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, artıq rəsmi Kreml Xəzər dənizində militarist siyasət aparır və bu Xəzər hövzəsinin hərbiləşdirlməsinə gətirir. Rusiyanın bu dənizdə güclü donanması, Azərbaycanın milli maraqlarına və Xəzərdə neft -qaz yataqlarının təhlükəsizlik sisteminə təhdidi qaçılmaz olacaq. Moskvanın bu hərbi hərəkətliliyi, güc nümayişi, Xəzər hövzəsi ölkələrinə basqısı və dənizdə əsas hegemonluq siyasətinin tərkib hissəsidir. Artıq İranda öz hərbi dəniz donanmasını inkişaf etdirir. Hələki, bu qapalı su hövzəsində həll edilməmiş problemlər qalmaqdadır. Problemlərin həll edilməmiş mərhələsində Xəzər dənizini hərbiləşdirmək, gələcəkdə hərbi qarşıdurma riskini artırır.