Gündəm

Gömrük nəzarətindən gizlədilən 12 telefon aşkar edilib

6 Aprel 2017 13:16

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan Respublikası istiqamətindən “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mitsubishi Airtek” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin salonundan gömrük nəzarətindən gizlədilən 12 ədəd “Nokia” markalı mobil telefonlar aşkar edilib.

Ekologiya Nazirliyinin səlahiyyətləri artırıldı

6 Aprel 2017 13:11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni səlahiyyətlər verilib. “Olaylar” xəbər verir ki, bu, Prezident İlham Əliyevin  imzaladığı “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 2015-ci il 29 dekabr tarixli qanunun tətbiqi barədə 2016-cı il 15 fevral tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərmanında əksini tapıb.

Avstraliya Türkiyəni xəbərdar etdi

6 Aprel 2017 13:10

Avstraliyanın Daxili İşlər naziri Julie Bishop Türkiyənin Gelibolu bölgəsində, 25 apreldə təşkil olunacaq Anzak günü anma mərasimində terror hadisəsi ola biləcəyini xəbəri aldıqlarını açıqlayıb.

2017 – ci ilin ən böyük qətliamı

6 Aprel 2017 13:09

İŞİD terror qruplaşması Suriyanın Deyrizor bölgəsində 33 nəfərin başını kəsdi. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, başı kəsilərək edam edilən şəxslərin cəsədləri bir quyuya atılıb. 

8 terrorçu zərərsizləşdi

6 Aprel 2017 13:08

Türkiyənin Hakkari bölgəsinin Çukurca qəsəbəsində terrorçularla əsgərlər arasında silahlı insident yaşanılıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, silahlı insident nəticəsində bir əsgər yaralanıb, 8 terrorçu yarasız hala gətirilib. Yaralı əsgər dərhal Hakkari Dövlər xəstəxanasına çatdırılıb. Terrorçuların PKK – a terror qruplaşmasına məxsus olduqları məlum olub.

Şöhrət ordenli veteran jurnalist Mətbuat Şurasında olub

6 Aprel 2017 12:59

Əməkdar jurnalist, Şöhrət ordenli qələm sahibi Əli İldırımoğlu Azərbaycan Mətbuat Şurasına özünün Seçilmiş əsərlərinin yenicə çapdan çıxmış 12 cildliyini təqdim edib. 

Suraxanı gəncləri maarifləndirildi

6 Aprel 2017 12:52

Suraxanı rayonunda gənclərin narkomaniya bəlasından qorunması istiqamətində növbəti maarifləndirmə tədbiri həyata keçirilib. 

KİV: Ermənistanın əmək və sosial məsələlər naziri vəzifəsindən qovulacaq

6 Aprel 2017 12:48

Ermənistanın əmək və sosial məsələlər naziri Artyom Asatryan respublikanın yeni hökumətinin tərkibinə daxil olmayacaq.

Məhkəmədə hələ belə qəribə qərar verilməmişdi - "Qoxu təcavüzü"

6 Aprel 2017 12:47

İtaliyada qəribə hadisə baş verib.  İtaliyanın paytaxtı Romada eyni binada yaşayan iki qonşu məhkəməlik olub. Belə ki, qonşulardan biri digərini mətbəxindən tez-tez qızartma qoxusu, qəşəng yemək iyi gəldiyinə görə məhkəməyə verib. Şikayətçi tərəf məhkəmədə ifadəsində deyib: "Hər gün qızardılmış yemək qoxusu gəlirdi. Narahat olurdum. Sanki, bizim evdə bişir. 

Bakıda iki övladı öldürülən qadından yeni məlumat

6 Aprel 2017 12:43

Keçən həftənin şənbə günü Bakının Nərimanov rayonunda - Keşlə qəsəbəsində qohumu 20 yaşlı Azər Cəfərov tərəfindən ölümcül hala salınan Lətifə Qasımovanın vəziyyəti ağır olaraq qalır.

Ermənistanda baş verən yol qəzasında polis zabiti ölüb

6 Aprel 2017 12:41

Ermənistanda Massis-Rancpar yolunda baş verən avtomobil qəzasında 28 yaşlı polis baş leytenantı Baqrat Vardanyan ölüb. O, Massis rayon Polis Şöbəsinin əməkdaşı olub. 

Rusiya məhkəməsi casusluqda təqsirləndirilən Estoniya sakinini 11 il azadlıqdan məhrum edib

6 Aprel 2017 12:38

Moskva şəhər Məhkəməsi Rusiyada casusluq fəaliyyəti ilə məşğul olmaqda təqsirləndirilən Estoniya sakini Arsen Mardaleyşvilini 11 il müddətinə azadlıqdan məhrum edib.

Partlayıcı qurğu zərərsizləşdirildi

6 Aprel 2017 12:35

Səhər saatlarında Rusiyanın Sankt – Peterburq şəhərində yenidən bomba həyacanı yaşanılıb. “Olaylar” “HaberTürk” - ə istinadən bildirir ki, Sankt – Peterburq çəhərinin Nevsk rayonun rəsmisinin məlumatına görə bir evdə aşkarlanan partlayıcı qurğu mütəxəssislərin köməyi ilə zərəzsizləşdirilib.

Rostov-Donda partlayış olub, bir nəfər xəsarət alıb

6 Aprel 2017 12:33

Rusiyanın Rostov-Don şəhərinin mərkəzində baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb. Bunu yerli hüquq-mühafizə orqanlarından bildiriblər.  “Hadisə səhər saat 07-də (Moskva vaxtı ilə - “Report”) Sosialist küçəsində olub. İlkin məlumata görə, partlayış nəticəsində bir kişinin əl barmağı qopub. Hadisə məktəb yaxınlığında baş verib”,- deyə informasiyada vurğulanıb.

Erməni deputat Sarkisyanın əlindən ABŞ-a qaçmaq istəyir

6 Aprel 2017 12:30

Erməni deputat Mqer Sedrakyan son zamanlar depressiyadan əziyyət çəkir və ciddi problemləri var. "Aykakan Jamanak" nəşri xəbər verir ki, çətin günlər yaşayan Sedrakyan ABŞ-a getməyə hazırlaşır.