Gündəm
Diana ilin ən böyük "Eurovision" tədbirinə qatılacaq
Aprelin 8-də ölkəmizi "Eurovision 2017"də təmsil edəcək Diana Hacıyeva (Dihaj) Amsterdama yollanacaq. Dihaj müsabiqədə ifa edəcəyi "Skeletons" mahnısını orada səsləndirəcək.
“Azəravtoyol”un 74 yaşlı əməkdaşı beynəlxalq yarışda birinci oldu
“Azəravtoyol” ASC-nin Yolların İstismarı Proqramı layihəsində Texniki Dəstək üzrə Məsləhətçi vəzifəsində çalışan 74 yaşlı Robert C. Butler Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən Beynəlxalq Tratilon Çempionatında ən yaşlı iştirakçı olaraq 1-ci yerə layiq görülüb. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Robert C.Butler bu nailiyyəti 1500 metr məsafəyə üzməklə, 40 km məsafəni velosipedlə qət etməklə və 10 km məsafəyə qaçmaqla əldə edib. O, bunu 70 yaşdan yuxarı iştirakçılar arasında 2 saat 56 dəq 17 saniyə göstəricisi ilə yerinə yetirməyə müvəffəq olub.
Atletlərimiz dünya birinciliyində
Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələr arasında 7-ci dünya birinciliyinə start verilib. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, yüzə yaxın ölkədən 445 atletin (197 qız və 248 oğlan) iştirak edəcəyi birincilikdə Azərbaycan yığması da medallar uğrunda mübarizə aparır.
Səfir: "Laşpinlə bağlı istintaqın gedişini izləyirik"
İsrail səfirliyinin konsulu Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşinlə mütəmadi olaraq görüşür. Bu barədə İsrailin Azərbaycandakı səfiri Dan Stav mətbuat konfransında deyib.
İsrail-Azərbaycan hökumətlərarası komissiyasının ilk iclasının ilin sonunda keçiriləcəyi gözlənilir
“Bu ilin sonunda İsrail-Azərbaycan hökumətlərarası komissiyasının ilk iclasının keçiriləcəyi gözlənilir”. Bunu keçirdiyi mətbuat konfransında İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.
Şəhid Təbriz Musazadənin anım gecəsi keçiriləcək
Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti və Azərbaycan Bayrağı Ordenli Şəhid Pilot Təbriz Musazadə Adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə şəhidin anım gecəsi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR” -a Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətindən daxil olub.
Sərbəst güləşçilərimiz reytinq cədvəlində ilk sırada
Dünya Güləş Birliyi 2017-ci ilin mart ayında keçirilən yarışların yekunlarına əsasən reytinq siyahısını açıqlayıb. AGF-dən “OLAYLAR” -a bildirilib ki, sərbəst güləşçilərimizdən 16 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Onlardan 7-si öz çəki dərəcələrində ilk onluğa, 5-i isə ilk beşliyə daxil ola bilib. Rio Yay Olimpiya Oyunlarının gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc medalçı Cəbrayıl Həsənov (74 kq) reytinqdə 2-ci sırada qərarlaşıb.
Daha 2 bankın filialı ləğv edilib
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 05 aprel 2017-ci il tarixli qərarına əsasən “Bank VTB” (Azərbaycan) ASC-nin “Azadlıq” və “Sumqayıt” filialları və “NİKOYL İKB” ASC-nin “Masallı” filialına verilmiş icazələr ləğv edilib. Bu barədə Palatadan verilən məlumata görə, banklar müraciətlərində sözügedən filialların bağlanmasına səbəb olaraq xərclərin optimallaşdırılmasını qeyd edib.
İKT ilə bağlı yeni qrant müsabiqəsi keçirilir
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, iclasda növbəti qrant müsabiqəsinin elan edilməsi və digər müvafiq məsələlər müzakirə edilib.İclasın gündəliyinə daxil olan istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb və qərarlar qəbul edilib.
“İnter” rəsmən avrokuboklarda
Azərbaycanın avrokuboklardakı daha bir təmsilçisi müəyyənləşib. "Qarabağ"la "Qəbələ"nin ardından Bakının "İnter" klubu da qitə kuboklarında yerini təmin edib. Bu, ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunları zamanı rəsmiləşib. "İnter" "Qəbələ"yə uduzub, mübarizəni dayandırsa da, ən azı Avropa Liqasında oynayacaq.
VƏHŞİLİK: 6 yaşlı qızın cəsədi tapılanda beldən aşağısı yox idi...
Kənd sakinləri Türkiyənin Siirt şəhərinin Eruh mahalındakı Yazlıca çölündə parçalanmış uşaq cəsədi tapıblar. Qarşılaşdıqları mənzərədən dəhşətə gələn kəndlilər polisə xəbər veriblər.
Ekspert: “Mülki insanların öldürülməsi hər bir dövləti narahat etməlidir”
“Sankt-Peterburqda baş verən terror əslində Rusiyaya, şəxsən Putinə verilən mesaj idi. Mən bu barədə dəfələrlə demişəm”. Bunu ekspert Səbuhi Abbasov deyib.
Diqqət: Hava dəyişmələri sağlamlığa təsir edir
Hava dəyişmələri insan sağlamlığı üçün müyyən fəsadlar törədə bilər. Bu baxımdan daha çox qış aylarında soyuqdəymə və grip infeksiyalarından qorunmağa fikir verilməlidir. Xüsusi ilə gün ərzində yaranan istilik fərqləri bu iki xəstəliyin əlamətlərinin bir-birinə çox bənzədiyini göstərir.
İsa Həbibbəyli: Ölkədə məktəbəqədər təhsil şəbəkəsi genişlənəcək
“Məktəbəqədər təhsil haqqında” qanun layihəsi hazırlanarkən Maliyyə, Təhsil, Səhiyyə, Ədliyyə Nazirlikləri və Bakı şəhər İcra Hakimiyyətinə göndərilib və onlardan layihə haqqında rəsmi rəylər alınıb. Həmin qurumların rəylərində tərif, tənqidi notlar da olub”.
Həştərxanda Rusiya Qvardiyasının əməkdaşları atəşə tutulub: yaralılar var - YENİLƏNİB
Həştərxanda polis əməkdaşlarının qətlində şübhəli bilinən 4 nəfər zərərsizləşdirilib. Bu barədə RİA Novosti-yə Rusiya Qvardiyasının Həştərxan vilayət idarəsinin nümayəndəsi bildirib.














