Daha 2 bankın filialı ləğv edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 05 aprel 2017-ci il tarixli qərarına əsasən “Bank VTB” (Azərbaycan) ASC-nin “Azadlıq” və “Sumqayıt” filialları və “NİKOYL İKB” ASC-nin “Masallı” filialına verilmiş icazələr ləğv edilib. Bu barədə Palatadan  verilən məlumata görə, banklar müraciətlərində sözügedən filialların bağlanmasına səbəb olaraq xərclərin optimallaşdırılmasını qeyd edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 05 aprel 2017-ci il tarixli qərarına əsasən "Bank VTB" (Azərbaycan) ASC-nin "Azadlıq" və "Sumqayıt" filialları və "NİKOYL İKB" ASC-nin "Masallı" filialına verilmiş icazələr ləğv edilib. Bu barədə Palatadan  verilən məlumata görə, banklar müraciətlərində sözügedən filialların bağlanmasına səbəb olaraq xərclərin optimallaşdırılmasını qeyd edib.

Direktorlar Şurası "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununun 16.2.9-cu və 17.3-cü maddələrini, eləcə də MBNP-nin Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq Bank VTB (Azərbaycan) ASC-nin "Azadlıq" filialının 01.08.2014-cü il tarixli №162/9 saylı və "Sumqayıt" filialının 05.11.2014-cü il tarixli №162/13 saylı icazələrini, həmçinin "NİKOYL" İKB ASC-nin "Masallı" filialının 25.06.2014-cü il tarixli 203/19 saylı icazəsini ləğv edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31