Həştərxanda Rusiya Qvardiyasının əməkdaşları atəşə tutulub: yaralılar var - YENİLƏNİB
Həştərxanda polis əməkdaşlarının qətlində şübhəli bilinən 4 nəfər zərərsizləşdirilib. Bu barədə RİA Novosti-yə Rusiya Qvardiyasının Həştərxan vilayət idarəsinin nümayəndəsi bildirib.
6 Aprel 2017 11:26 DünyaHəştərxanda polis əməkdaşlarının qətlində şübhəli bilinən 4 nəfər zərərsizləşdirilib. Bu barədə RİA Novosti-yə Rusiya Qvardiyasının Həştərxan vilayət idarəsinin nümayəndəsi bildirib.
O qeyd edib ki, şübhəlilərdən biri Rusiya Qvardiyasının postuna hücum zamanı məhv edilib: "Biri kürəyindən yara aldıqdan sonra, digər ikisi isə mühasirəyə alınaraq zərərsizləşdirilib". Qvardiya döyüşçüləri arasında itki olmadığı bildirilir.
Qeyd edək ki, aprelin 4-də Yol Post Xidmətinin iki əməkdaşına atəş açılıb. Təcili tibbi yardım briqadası gələnədək onlar hadisə yerində ölüblər. Trend.az
***
Naməlum şəxslər hüquq-mühafizə orqanlarının Həştərxanda öldürülmüş iki polis əməkdaşının qatillərinin axtarışı zamanı Rusiya Qvardiyasının 3 əməkdaşına avtomobildən atəş açıblar. Bu barədə "RİA Novosti" Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, Həştərxanda öldürülmüş polis əməkdaşlarının qatilləri saxlanılması ilə əlaqədar həyata keçirilən operativ-axtarış tədbirləri çərçivəsində şəhərin bir sıra yerlərində polis postları qurulub. Lenin rayonundakı postlardan birində Rusiya Qvardiyasının əməkdaşlarınaa açılmış atəş nəticəsində qvardiyanın 3 əməkdaşı yaralanıb.
İlkin ehtimala görə, hücum edənlər də 3 nəfər olub. Onlardan biri atışma zamanı öldürülüb.
Mənbə həmin şəxslərin polis əməkdaşlarını qətlə yetirmiş qatillər olduğunu istisna etməyib. Report.az