Atletlərimiz dünya birinciliyində
Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələr arasında 7-ci dünya birinciliyinə start verilib. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, yüzə yaxın ölkədən 445 atletin (197 qız və 248 oğlan) iştirak edəcəyi birincilikdə Azərbaycan yığması da medallar uğrunda mübarizə aparır.
6 Aprel 2017 12:21 İdmanTailandın Banqkok şəhərində keçirilən yeniyetmələr arasında 7-ci dünya birinciliyinə start verilib. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, yüzə yaxın ölkədən 445 atletin (197 qız və 248 oğlan) iştirak edəcəyi birincilikdə Azərbaycan yığması da medallar uğrunda mübarizə aparır. Artıq bu gün iki atletimiz körpücük üzərinə çıxıb. 56 kq çəki dərəcəsinin B qrupunda Elməddin Hüseynov və İsmayıl Məmmədov yarışıb. İsmayıl Məmmədov birdən qaldırma hərəkətində 94 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə 3-cü oldu. Təkanla qaldırma hərəkətinə atletimiz 115 kq-ı ram etdi və bu hərəkətdə 11-ci yeri tutdu. Toplam 209 kq (94+115) nəticə göstərən Məmmədov B qrupunda 6-cı olub. Elməddin Hüseynov isə birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurlar yerinə yetirərək 94 kq-ı ram etdi və bu hərəkətdə 6-cı yeri tutdu. Atletimiz təkanla qaldırma hərəkətində daha yaxşı çıxış etdi. O, bu hərəkətdə 125 kq-ı qaldıraraq bütün rəqiblərini üstələdi. Toplam 219 kq (94+125) nəticə göstərən Hüseynov B qrupunda ümumi sıralamada da 1-ci yeri tutdu.