Məhkəmədə hələ belə qəribə qərar verilməmişdi - "Qoxu təcavüzü"
İtaliyada qəribə hadisə baş verib. İtaliyanın paytaxtı Romada eyni binada yaşayan iki qonşu məhkəməlik olub. Belə ki, qonşulardan biri digərini mətbəxindən tez-tez qızartma qoxusu, qəşəng yemək iyi gəldiyinə görə məhkəməyə verib. Şikayətçi tərəf məhkəmədə ifadəsində deyib: "Hər gün qızardılmış yemək qoxusu gəlirdi. Narahat olurdum. Sanki, bizim evdə bişir.
6 Aprel 2017 12:47 Dünyaİtaliyada qəribə hadisə baş verib. İtaliyanın paytaxtı Romada eyni binada yaşayan iki qonşu məhkəməlik olub. Belə ki, qonşulardan biri digərini mətbəxindən tez-tez qızartma qoxusu, qəşəng yemək iyi gəldiyinə görə məhkəməyə verib. Şikayətçi tərəf məhkəmədə ifadəsində deyib: "Hər gün qızardılmış yemək qoxusu gəlirdi. Narahat olurdum. Sanki, bizim evdə bişir.
Qarşı tərəf isə bildirib ki, qonşu qoxunu bəhanə edərək ondan acıq çıxır.
İllərdir davam edən məhkəmə şikayətçinin qələbəsi ilə sonlanıb. Belə ki, qızartma qoxusu qayda pozuntusu sayılıb və yemək bişirən qonşu 2 min avro cərimələnib.
İtaliya mediasında "qızartma qoxusu qayda pozuntusu sayıldı" başlıqlı xəbəri sosial şəbəkədə ələ salınıb.
Sosial şəbəkə istifadəçiləri məhkəmənin "qoxu təcavüzü" qərarını qınayıblar.
Şərhlərdən ən çox diqqət çəkən isə "Qızartma qoxusu qayda pozuntusudursa, qoltuq altından gələn iy soyqırımdır" olub. Milli.az "Posta"ya istinadla xəbər verir.