Avstraliya Türkiyəni xəbərdar etdi
Avstraliyanın Daxili İşlər naziri Julie Bishop Türkiyənin Gelibolu bölgəsində, 25 apreldə təşkil olunacaq Anzak günü anma mərasimində terror hadisəsi ola biləcəyini xəbəri aldıqlarını açıqlayıb.
6 Aprel 2017 13:10 DünyaAvstraliyanın Daxili İşlər naziri Julie Bishop Türkiyənin Gelibolu bölgəsində, 25 apreldə təşkil olunacaq Anzak günü anma mərasimində terror hadisəsi ola biləcəyini xəbəri aldıqlarını açıqlayıb. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, nazir Türkiyə rəsmilərinin bu xəbərdən məlumatlı olduqlarını və həmin gün təhlükəsizlik qüvvələrinin daha da artıracaqlarını bildirib.
Avstraliya hökuməti vətəndaşlarına Türkiyə səyahət edərkən diqqətli olmalarını bildirib. Rəsmilər, xüsusən də Ankara və İstanbul şəhərlərində gedəcəkləri yerləri seçərkən bir daha düşünmələrini məsləhət görüb.
Qeyd edək ki, hər il yüzlərlə Yeni Zellandiya və Avstraliya vətəndaşları aprelin 25 - də Çanakkaledə Azzak Günü anımlarına qatılırlar.