Rusiya məhkəməsi casusluqda təqsirləndirilən Estoniya sakinini 11 il azadlıqdan məhrum edib

Moskva şəhər Məhkəməsi Rusiyada casusluq fəaliyyəti ilə məşğul olmaqda təqsirləndirilən Estoniya sakini Arsen Mardaleyşvilini 11 il müddətinə azadlıqdan məhrum edib.

Moskva şəhər Məhkəməsi Rusiyada casusluq fəaliyyəti ilə məşğul olmaqda təqsirləndirilən Estoniya sakini Arsen Mardaleyşvilini 11 il müddətinə azadlıqdan məhrum edib. Məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzi yayıb. 

İttihama əsasən, A.Mardaleyşvili Rusiyanın Qərb Hərbi Dairəsi qoşunları barədə məlumat toplayırmış. O, Qərb Hərbi Dairəsinin birlikləri barədə məxfi məlumatları toplayaraq, pul mükafatı qarşılığında Estoniya Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinə ötürürmüş. İnformasiyaya görə, A.Mardaleyşvili günahını etiraf edib. 

Qeyd edək ki, A.Mardaleyşvili heç bir ölkənin vətəndaşı deyil. Amma Estoniyanın "qeyri-vətəndaş" sakini statusu daşıyır. "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31