Ermənistanda baş verən yol qəzasında polis zabiti ölüb

Ermənistanda Massis-Rancpar yolunda baş verən avtomobil qəzasında 28 yaşlı polis baş leytenantı Baqrat Vardanyan ölüb. O, Massis rayon Polis Şöbəsinin əməkdaşı olub. 

Ermənistanda Massis-Rancpar yolunda baş verən avtomobil qəzasında 28 yaşlı polis baş leytenantı Baqrat Vardanyan ölüb. O, Massis rayon Polis Şöbəsinin əməkdaşı olub. 

Şahidlər bildirib, polisin idarə etdiyi "VAZ-21013" markalı avtomobilin qarşısına qəfildən mal-qara sürüsü çıxıb. B.Vardanyan heyvanları vurmamaq üçün manevr edən zaman idarəetməni itirib, nəticədə avtomobil aşıb.  "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31