Şöhrət ordenli veteran jurnalist Mətbuat Şurasında olub

Əməkdar jurnalist, Şöhrət ordenli qələm sahibi Əli İldırımoğlu Azərbaycan Mətbuat Şurasına özünün Seçilmiş əsərlərinin yenicə çapdan çıxmış 12 cildliyini təqdim edib. 

Əməkdar jurnalist, Şöhrət ordenli qələm sahibi Əli İldırımoğlu Azərbaycan Mətbuat Şurasına özünün Seçilmiş əsərlərinin yenicə çapdan çıxmış 12 cildliyini təqdim edib. 90 yaşlı veteran jurnalisti salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyətində ömrünü-gününü jurnalistika peşəsinə sərf etmiş şəxslərin əməyi daim yüksək qiymətləndirilir. O bu məqsədlə MŞ-nin tərkibində Ahıl Jurnalistlər Məclisinin yaradıldığını diqqətə çatdırıb. Məclis veteran qələm sahiblərinin yaradıcılıq gecələrini, müəllifləri olduqları kitabların təqdimatını, yubileylərini təşkil edir, səhhətində problemləri olanlara evlərində baş çəkir. Belə bir ənənənin mövcudluğu isə son dərəcə əhəmiyyətlidir. Çünki ahıl jurnalistlər gənc jurnalistlər üçün mühüm təcrübə mənbəyidirlər.

Veteran jurnalist Ə.İldırımoğlu jurnalist peşəsinin incəliklərindən söz açıb. Müasir dövrdə inkişaf etmiş jurnalistika ənənələrinin mövcudluğunun pozitiv tərəflərinə diqqət yetirib. O, həmçinin son illər özünün bədii yaradıcılıq fəaliyyəti barədə də məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31