Müxalifətçilər sosial şəbəkələrdə insanları, gəncləri hərc-mərcliyə, xaosa çağırırlar

“Mitinqlərə çıxmaq və çağırışlar etmək böyük günahlardandı” AntiAzərbaycan şəbəkə yenə aktiv fəaliyyətdədir. Səbəb və məqsəd də bəllidir. Qarşıdan gələn İslam Hərməyliyi Oyunları ərəfəsində ölkədə siyasi sabitliyi pozmaq, əsas diqqəti İslam Həmrəyliyi Oyunlarından yayındırmaq, beləliklə də, ölkəmizin nüfuzuna zərbə vurmaqdır. Əgər niyyət, məqsəd bu olmasaydı mitinq eşqinə düşən radikal müxalifət aprelin ilk ongünlüyünə nəzərdə tutduğu etiraz aksiyasını başqa zamana keçirərdi.

Əkrəm Həsənov: "Günahsız və heç nə anlamayan gəncləri uçuruma aparırlar"

"Mitinqlərə çıxmaq və çağırışlar etmək böyük günahlardandı" AntiAzərbaycan şəbəkə yenə aktiv fəaliyyətdədir. Səbəb və məqsəd də bəllidir. Qarşıdan gələn İslam Hərməyliyi Oyunları ərəfəsində ölkədə siyasi sabitliyi pozmaq, əsas diqqəti İslam Həmrəyliyi Oyunlarından yayındırmaq, beləliklə də, ölkəmizin nüfuzuna zərbə vurmaqdır. Əgər niyyət, məqsəd bu olmasaydı mitinq eşqinə düşən radikal müxalifət aprelin ilk ongünlüyünə nəzərdə tutduğu etiraz aksiyasını başqa zamana keçirərdi. Bu aksiyanı ya bir neçə ay əvvəl, ya da İslam Hərməyliyi Oyunlarından sonra keçirmək o qədər də çətin deyildi. Ancaq qeyd etdiyimiz kimi məqsəd Azərbaycanın İslam Hərmrəyliyi Oyunlarını keçirməklə əldə edəcəyi daha bir uğuru kölgə altına salmaqdır. Yaxın tarixə nəzər salsaq aydın görərik ki, radikallar bu cür cəhdlərə zaman-zaman əl atıblar. İstər "Evrovison" musiqi yarışması, istər Birinci Avropa Oyunları, istər "Formula-1" yarışları, istərsə də bu və ya digər mühüm əhəmiyyətli beynəlxalq tədbirlər zamanı nədənsə radikalların yadına mitinq keçirmək düşür. Əslində isə antiAzərbaycan şəbəkə bunu radikalların yadına salır. Xəbərlərdən də aydın olduğu kimi Milli Şura adlanan qurum aprelin 9-da özünün növbəti mitinqini təyin edib. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşma əsasında isə aksiyanın vaxtı aprelin 8-nə təyin olunub. Radikallara yaxınlığı isə seçilən media qurumlarını müşahidə etdikdə onların bu aksiyaya ciddi şəkildə hazırlaşdıqları görünür. Artıq aprelin 4-dən etibarən sosial şəbəkələrdə mitinqə çağırışlar da səslənir. Bu arada müşahidə edilən tendensiyalardan biri ondan ibarətdir ki, son illərin siyasi uğursuzluğundan dolayı ətraflarında ciddi sosial baza görə bilməyən radikallar çarəni dindarlarda görürlər. Daha dəqiq desək Milli Şura bu dəfəki aksiya zamanı ölkədəki radikal dini kəsimin sosial bazasından yararlanmaq istəyir. Aksiyaya dindarların qoşulacağı barədə yayılan məlumatlar da belə deməyə əsas verir. Ancaq radikalların dindarlardan siyasi məqsəd kimi istifadə cəhdi heç də əksəriyyət tərəfindən müsbət qarşılanmır. Həqiqətən dini fəaliyyətini Allahın buyurduğu müqəddəs kitab əsasında quran, radikal addımlara qarşı olan din adamları müxalifətin bu cəhdini ciddi şəkildə pisləyir, dindarlardan siyasi məqsədlər üçün istifadə cəhdlərinə qarşı çıxırlar. Elə ilhaiyyatçı Əkrəm Həsənov da bu qənaətdədir. O, bildirib ki, mitinqlərə çıxmaq və çağırışlar etmək böyük günahlardandır. Əkrəm Həsənovun sözlərinə görə, müxalifətçilər sosial şəbəkələrdə insanları, gəncləri hərc-mərcliyə, mitinqə, xaosa çağırırlar: "Günahsız və heç nə anlamayan gəncləri uçuruma aparırlar. Xüsusi ilə dindən də siyasi məqsədləri üçün istifadə edib dindarlar arasında daha çox bunu yaymağa çalışırlar. Sonra da eşidirk ki, bəzi insanlar dindar adıyla aksiya edənlərin cərgəsinə qoşulur. Müxalifətçilər də iddia edirlər ki, guya dindarlar da aksiya edirlər. Halbuki dinimizə görə mitinqlərə və nümayişlərə çıxmaq böyük günah və haram sayılır. Bəzi müxalifət yönümlü savadsız dindarlar da unudurlar ki, bu cür hərəkət islam aləminə, zəif müsəlmanlara qərbdən gəlmişdir". Əkrəm Həsənov bildirib ki, İslam aləmində mitinq eləmək, küçələrə çıxmaq, hay-küy salmaq heç vaxt olmayıb: "İslam dini insanlara qarşı mülayim olmağı, başqalarının haqqını qorumağı, başqalarına qarşı, hətta kafirə qarşı yumşaq davarnmağı, insanlar arasında sülhü bərqərar etməyi, əmin-amanlıq yaratmağı, xaosdan uzaq durmağı müsəlmanlara öyrədir. Müsəlmanlar bu cür yaramaz işlərdən çəkinməlidirlər. Əgər müsəlmanlardan kiminsə haqqı tapdalanırsa haqqı əldə etməyin sivil qaydaları və formaları var. Mitinq yolu ilə, zərbə yolu ilə, səs-küy salaraq küçələrə çıxmaqla, kənara, ətraf mühitə zərər vurmaqla, başqalarına əziyyət verməklə haqqı almaq yox, başqalarının haqqını əlindən almış olursan. Ona görə də islam dini başqalarının haqqını tapdalamağı müsəlmana qadağan edir. Müasir böyük islam alimi Şeyx Saleh əl-Fövzan belə deyir: "Nümayişlər (mitinqlər) islam dinində yoxdur və müsəlmanın əxlaqından sayılmır. Bu müsəlmanlara Qərb cəmiyyəti tərəfindən müsəlman camaatı parçalamaq, insanlar arasında təfriqə salmaq və onlar arasında düşmənçilik yaratmaq üçün gəlib". Belə etməklə də bu mitinqə çıxanları qızışdıranlar öz məqsədlərinə nail ola bilirlər. Mitinqə çıxanlar özləri nəyisə qazanmaq yox, öz həyat yollarını və gələcək yaşayışlarını itirmiş oldular". Əkrəm Həsənovun sözlərinə gör, mitinqə çıxmağın müsbət cəhətdən heç bir nəticəsi olmur. O, bildirib ki, əksinə əvvəl müsbət olan məsələlər mənfiliyə doğru dəyişir: " Cəmiyyət içərisində islamdan anlayışı olmayanlar dərhal islama və müsəlmanlara qarşı aqressiv olurlar. İslamda olanlar gərək özlərini islama yaraşan şəkildə cəmiyyət içərisində təqdim etsinlər, digər insanlara nümunə olsunlar. İslamda olmayanlar da islama gəlsinlər. İslamın adından siyasi məqsədləri üçün istifadə edənlərin nə niyətləri, nə də əməlləri doğru deyildir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31