Gündəm

Azərbaycanda 7 milyon insan risk altında - RƏSMİ AÇIQLAMA

24 Aprel 2017 14:03

Azərbaycanda 7 milyon insan malyariya xəstəliyinin riski altında yaşayır. Bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin parazitalogiya şöbəsinin müdiri Süleyman Məmmədov bildirib.

Şimali Koreya liderinin adını daşıdığı üçün həbs edildi – ŞOK HADİSƏ

24 Aprel 2017 14:02

Koreya Xalq Demokratik Respublikasında (Şimali Koreyada) bir nəfər Kim adlı ABŞ vətəndaşı saxlanılıb. Məlumatda deyilir ki, ABŞ vətəndaşı Şimali Koreyanı tərk edən zaman Pxenyan beynəlxalq hava limanında tutulub. Saxlanılan ABŞ vətəndaşı Çinin Yanbian Universitetinin keçmiş professor-müəllimi olub. O, Şimali Koreyaya bu ilin mart ayında səfər edib.

Müəyyənləşdirilən yeni hədəflər

24 Aprel 2017 14:02

Yaranmış yeni iqtisadi şəraitdə Azərbaycanda iqtisadi islahatların yeni mərhələsi başlanılıb. Elə Azərbaycan Prezidenti İlham Əliyev də bu günlərdə Yevlax rayonunda qeyri-neft ixracatçılarının respublika müşavirəsində bu məqama diqqət yetirərək indiki başlıca hədəfin qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi olduğunu söyləyib. Bu mənada on bir neçə il ərzində qeyd edilən istiqamətdə atılan addımlar və həyata keçirilən tədbirlər də müsbət nəticələr verməkdədir.

Naxçıvanla bağlı məqalə Rusiyada elmi konfransda

24 Aprel 2017 14:01

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Rusiya Dövlət Sosial Siyasi Tarix Arxivinin təşkilatçılığı ilə “Arxeoqrafiya, tarixşünaslıq, yeni və ən yeni dövr Rusiya və ümumdünya tarixinin tarixi sənədləri və aktual problemləri” mövzusunda gənc alim və tədqiqatçıların VII beynəlxalq konfransı keçirilib. Akademiyadan “Olaylar” – a bildirilib ki, 1917-ci il fevral inqlabının 100 illiyinə həsr olunan konfransa Rusiya, Azərbaycan, Belorusiya, İtaliya, Qazaxıstan, Amerika Birləşmiş Ştatları, Özbəkistan, Ukrayna, İsveçrə və digər ölkələrdən 170-dən artıq gənc alim və tədqiqatçının əsərləri təqdim edilib.

AMEA Naxçıvan Bölməsində hesabat

24 Aprel 2017 14:01

AMEA Naxçıvan Bölməsində 2017-ci ilin birinci rübünün yekunlarına dair Ümumi yığıncaq keçirilib.Bölmədən “Olaylar” – a bildirilib ki, tədbiri Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq aparılan elmi-tədqiqat işlərinin Naxçıvanın tarixi, maddi və mənəvi mədəniyyəti, mədəni mühiti, təbii sərvətləri, sosial-iqtisadi inkişafına və tədqiqinə həsr edildiyini bildirib.

Respublika çaylarında vəziyyət

24 Aprel 2017 13:56

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Olaylar” – a verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-120, Kiçik Qafqazın çaylarında 60-130, Lənkəran-Astara bölgəsi çaylarında isə  20-50  faizini təşkil edir.

Ətraf mühitin inkişafında gənclərin rolu artırılacaq

24 Aprel 2017 13:55

“Bizim Gənclik” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ətraf mühitin dayanıqlı inkişafında gənclərin rolu” layihəsinin icrasına başlanılıb.

28 Mall-da maraqlı anlar - Bir rəqslə interneti "partlatdılar" - VİDEO

24 Aprel 2017 13:53

Bakının böyük ticarət mərkəzində maraqlı anlar kameraya düşüb. 28 Mall-da insanların musiqi müşayətində rəqsi ətrafdakıların marağına səbəb olub.  Gənclər rəqs edib və doyunca əyləniblər.

Müasir Azərbaycan ədəbiyyatında hansı əsərin tərcümə olunub, dünyada tanıdılmasını istərdiniz?

24 Aprel 2017 13:52

Sentyabrın 28 – də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə  V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Bu yarmarkada müasir ədəbiyyatımızda yer alan əsərləri görmək həm şəhərimizə gələn turistlər üçün, həm də bizlər üçün çox xoş olardı. Bu məqsədlə yazarlarımıza belə bir sual ünvanladıq: Müasir Azərbaycan ədəbiyyatında hansı əsərin tərcümə olunub, dünyada tanıdılmasını istərdiniz?

“Qaz vurub, qazan dolduran” şadlıq evləri

24 Aprel 2017 13:44

İnkar edilməz faktdır ki, Azərbaycanda restoran və şadlıq evi biznesi sürətlə inkişaf edir. Ölkədə fəaliyyət göstərən şadlıq evlər və restoranların sayı deməyə əsas verir ki, sahibkarlar bu sahəyə xüsusi diqqət yetirirlər. İstənilən fəaliyyət növü ilə  məşğul olan sahibkar restoran biznesində də özünü sınamağı lazım bilir.

102 ilin yalanı

24 Aprel 2017 13:42

Bu günlər ermənilər yüz iki ildir uydurduqları və dünyanı inandırmağa çalışdıqları “soyqırım”ın ildönümünü qeyd edirlər. Təəssəüflər olsun ki, əksər dünya ölkələri 102 ildir bu yalana şərik çıxaraq tarixdə olmayan birhadisəni soyqırım kimi tanıyır, erməni “müsibəti”, “faciəsi”nə şərik çıxırlar. Baxmayaraq ki, tarixi faktlarla “soyqırım” iddiaları ifşa edilsə də, lakin dünyanın “humanizm” tərəfdarı olan dövlətləri tarixi bir kənara buraxaraq xristian qardaşlarının yalançı göz yaşlarına inanmağa daha çox üstünlük verirlər. Məhz bu ədalətsiz, qərəzli yanaşma da öz növbəsində hər il bu “soyqırımı” tanıyanların siyahısını genişləndirir.

QHT-lərlə bağlı qanunvericilik Avropa standartlarına uyğundur

24 Aprel 2017 13:39

Avropa İttifaqı ilə Avropa Şurasının birgə layihəsi olan “Azərbaycanda vətəndaş cəmiyyəti dialoqu” layihəsi çərçivəsində Avropa Şurasının beynəlxalq QHT Konfransının QHT qanunvericiliyi üzrə ekspertlər şurası ilə birgə hesabat hazırlanıb.

IV İslam Həmrəyliyi Oyunları zamanı nəqliyyatın təhlükəsiz hərəkəti təmin ediləcək

24 Aprel 2017 13:36

Artıq IV İslam Həmrəylik Oyunlarına sayılı günlər qalıb. Oyunlara hazırlıq istiqamətində ötən müddət ərzində görülən işlər, müvafiq qurumların öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi onu deməyə əsas verir ki, Azərbaycan bu tədbiri də yüksək səviyyədə həyata keçirəcək. Elə ötən həftə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclası da bunu bir daha təsdiqlədi.

Manatın dollar üzərində dəyərinin yüksəlməsi nə ilə bağlıdır?

24 Aprel 2017 13:33

Manatın Birləşmiş Ştatlar dolları üzərində möhkəmliyinin qorunması və artıq bir aydan çoxdur ki, milli valyutanın dəyərinin yüksəlməsi bəzi maraqlı fikirlərin gündəmə gəlməsinə səbəb olub. Bəziləri bunun müvəqqəti xarakter daşıdığını iddia edir, bir çoxları isə planlı şəkildə manatın məzənnəsinin dollardan üstün tutulduğu ehtimalını irəli sürür. Və o da iddia edilir ki, manatın bir müddət sonra yenidən ucuzlaşacağı gözləniləndir.

Elçin Hüseynbəyli yazır...Dünyanı idarə edənlər...

24 Aprel 2017 13:30

Bunu da onlar göndərib, -deyə televizora işarə ilə deyir. -Kimi? – mən təəccüblə gözümü döyürəm. Təəccüblənirəm ona görə ki, mənim ( artıq həm də sizin) baməzə, yəni zarafatcıl dosum (dostumuz) xasiyyətinin tam əksinə olaraq ciddi görkəmdə deyir.