Ətraf mühitin inkişafında gənclərin rolu artırılacaq
“Bizim Gənclik” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ətraf mühitin dayanıqlı inkişafında gənclərin rolu” layihəsinin icrasına başlanılıb.
24 Aprel 2017 13:55 Sosial"Bizim Gənclik" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Ətraf mühitin dayanıqlı inkişafında gənclərin rolu" layihəsinin icrasına başlanılıb. Təşkilatdan "OLAYLAR"-a bildirilib ki, layihə gənclərimizin bu qlobal prosesə cəlb olunması, onların Dayanıqlı İnkişaf Məqsədlərinin xüsusilə də ətraf mühitin dayanıqlığının təmin edilməsini özündə əks etdirən məqsədlərin reallaşdırılmasında rolunun artırılmasına hədəflənib. Layihə çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin gənclər arasında təbliği üçün Bakı şəhərində silsilə təlimlərin keçirilməsi nəzərdə tutulur.