Gündəm
Şahid məhkəmə zalında həbs olundu
Aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Möhkəm Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məlumata görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nəsimi Hüseynov ifadə verib.O, hakimin suallarına kobud cavab verdiyi və məhkəməyə dəfələrlə çağırılmasına baxmayaraq gəlmədiyi üçün barəsində 48 saatlıq həbs cəzası seçilib. Hakim şahidin davranışını məhkəməyə qarşı hörmətsizlik kimi qiymətləndirib.Məhkəməyə Nəsimi rayon Polis İdarəsinin əməkdaşları dəvət edilib və Nəsimi Hüseynov həbs edilib.
Fikrət Məmmədov Goranboyda qəbul keçirəcək
Aprelin 26-da ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Goranboy rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Goranboy şəhəri, Dədə Qorqud küçəsi, 27) Goranboy və Xocalı rayonlarından və Naftalan şəhərindən olan vətəndaşların qəbulu keçiriləcək. Bu barədə nazirlikdən verilən məlumata görə, vətəndaşlar qəbula Gəncə regional ədliyyə idarəsi (ünvan: Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi; əlaqə telefonu: (022) 254-48-15,(022) 254-48-21), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Goranboy rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər. Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
Türkiyə sərhədlərini terror təşkilatlarından təmizləyəcək
Ötən ay Suriyanın şimalındaki Fırat Qalxanı əməliyytaının başa çatmasından sonra Türkiyə Silahlı Qüvvələri Tel Abyad bölgəsini özünə məskən seçən PYD dəstələrindən təmizləməkdə qərarlı görünür.
Səbuhi Abbasov: “Qadağaların tətbiq olunacağı inandırıcı görünmür"
“Sosial şəbəkə informasiya-kommunikasiya texologiyalarının son inqilabı hesab edilir. İlkin mərhələdə sosial şəbəkə sırf insanlar arası innovativ ünsiyyət metodu hesab edilirdi. Zaman keçdi İKT-nin bu kəşfi də öz funksiyasını dəyişdi. Sosial şəbəkə inqilabi hadisə kimi deyil, inqilabı yetişdirən faktor kimi tanınmağa başladı”. Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.
Ekspert: “Ermənilərin "qızdırması və təzyiqi" kəllə-çarxa vurur”
“Ümumiyyətlə hər il aprel ayında bizim bədnam qonşularımızın "qızdırması və təzyiqi" kəllə-çarxa vurur. Bu gün də istisna deyil. "Kişilər" qondarma “erməni soyqırımı” iddiasının 102 illiyini qeyd edirlər. Özü də, bu həyasızlar bu günlə bağlı ilbəil min cür oyundan, hoqqalardan çıxırlar. Özü də bilə-bilə ki, artıq neçə illərdir ki, dünyada söz sahibi olan dövlətlər bu məsələdə öz mövqeyini bildiriblər və bundan sonra nə Amerika, nə Rusiya, nə də digər ermənipərəst qüvvələr özlərini bu yalançı tarixlə bağlı pis vəziyyətə qoymayacaqlar, əl çəkmirlər ki, çəkmirlər”. Bunu müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
Politoloq: “Fransızların ermənilərə sevgisi məlum məsələdir”
“Fransada keçirilən prezident seçkilərinin birinci turunun başa çatması ilə ölkədə siyasi temperatura daha da artdı. Emmanuel Makron cəmiyyətin elitasının və orta təbəqənin əsas səslərinə sahib çıxaraq birinciliyi əldə etdi. İkinci turda fransızların böyük səs çoxluğu ilə Makronu dəstəkləyəcəyi şübhəsizdir. Marin Le Pen populist çıxışları ilə seçicilərin 22 faizinin səsini qazanması ona növbəti turda müvəffəqiyyət vəd etmir. Hesab edirəm ki, Makron Fransa cəmiyyətinin böyük hissəsinin etimadını qazana biləcək. Marin Le Pen həm də çox qalmaqalllı şəxsiyyətdir. Fransanın tanınmış və lider siyasətçilərindən olan ata le Pen hətta qızının prezidentliyə namizəd olacağı təqdirdə onu övladlıqdan çıxaracağını bəyan etmişdi. Marin Le Pen isə atasına qarşı hörmətsizlik nümayiş etdirərək, açıq şəkildə atasına etiraz etmişdi”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
Politoloq: “Faktlara nəzər salanda, erməni yalanları açıq şəkildə görsənir”
“Faktlara nəzər salanda, erməni yalanları açıq şəkildə görsənir. Onlar yalandan dünyaya yayırlar ki, guya türklər Şərqi Anadoluda 1,5 milyon ermənini qırıblar. Ancaq o dövrün statistik rəqəmləri, əhali siyahıyalamaları göstərir ki, həmin vaxtda Şərqi Anadoluda 7 - 9 yüz min arasında erməni yaşayışıb. Yəni, 7-9 yüz min ermənidən 1,5 milyonun qırıldığını demək bütün saxtakarlığı açıq şəkildə ortaya qoyur”. Bunu politoloq Qabil Hüseynli deyib.
Dünya ölkələrinin hərbi xərcləri - ABŞ, Çin və Rusiya liderdir
2016-ci ildə dünya ölkələri hərbi xərclərini 2015-ci illə müqayisədə artırıb. SIPRI - Stokholm Beynəlxaq Sülh Araşdırma İnstitutunun hazırladığı hesabatda qeyd edilib ki, hərbi xəclərin ümumi həcmi 2015-ci illə müqayisədə 0,4% artaraq 1,6 trilyon dollar təşkil edib. İlk üçlükdə ABŞ, Çin və Rusiya qərarlaşıb.
Azərbaycan XİN: ""İndependent" qəzetinin "fakenews" xarakterli sifarişli yazıya məkan verməsi təəssüf doğurur"
"İndependent" qəzetinin "fakenews" və propoqanda xarakterli sifarişli yazıya məkan verməsi təəssüf doğurur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "İndependent" qəzetində dərc olunmuş məqaləyə münasibət bildirərkən deyib.
Dünyanın maraqla gözlədiyi derbidə stadion yandırıldı: xəsarət alanlar var - VİDEO
Hollandiya çempionatında ötən gün dünyanın maraqla gözlədiyi derbilərdən hesab edilən PSV-Ayaks matçı qalmaqallı olaylarla günə damğasını vurub.
Türkiyədən narkotik gətirən qızların məhkəməsi başladı
Türkiyədən Azərbaycana narkotik vasitə gətirməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Səyalə Nağıyeva və 1989-cu il təvəllüdlü Nisə Babayevanın cinayət işi üzrə məhkəməsi başlayıb.
İtlərini "evləndirən" biznesmen: "Azərbaycan demokratik ölkədir, zarafat eləmişik…" - YENİLƏNİB - VİDEO
Goranboy Rayon İcra Hakimiyyətinin saytında göstərilir ki, "Galib Group" MMC rayonun ən iri sənaye şirkətlərindən biridir. Rayon iqtisadiyyatında xüsusi paya malikdir.
Bakıda qeyri-adi oğurluq - Qulağında telefon gözəllik salonunu soydu - VİDEO
Bakıda gözəllik salonundan oğurluq kameraya düşüb. Göndərilən videodan aydın olduğu kimi bir nəfər şəxs Nizami rayonu ərazisində yerləşən gözəllik salonuna daxil olub.
Raytoral niyə intihar etdi: Borc, yoxsa ayrılıq? - YENİLƏNİB - VİDEO
Özünü öldürən "Qaziantepspor" klubunun futbolçusu Frantsek Raytoralın intiharının səbəbləri araşdırılmağa başlanılıb. Raytoralın məşqə gəlmədiyini görən "Qaziantepspor"un futbolçuları bundan şübhələnərək, klub rəhbərliyinə məlumat veriblər. Rəhbərlik isə dərhal polisə müraciət edib. Nəticədə polis "Qaziantepspor"un üzvləri ilə birlikdə futbolçunun evinə yollanıb. Evə girdikdə isə asayiş keşikçiləri Raytoralın cəsədi ilə qarşılaşıblar. Şoka düşən "Qaziantepspor"un futbolçuları göz yaşlarına saxlaya bilməyiblər.
İbrahimin vəziyyəti ağırdır - 9 gündür komadadır
Müğənni İbrahim Erkalın vəziyyəti ağır olaraq qalır. Huşunu itirmiş vəziyyətdə xəstəxanaya gətirilən və əməliyyat olunan müğənni artıq 9-cü gündür ki, komadadır.














