Raytoral niyə intihar etdi: Borc, yoxsa ayrılıq? - YENİLƏNİB - VİDEO

Özünü öldürən "Qaziantepspor" klubunun futbolçusu Frantsek Raytoralın intiharının səbəbləri araşdırılmağa başlanılıb. Raytoralın məşqə gəlmədiyini görən "Qaziantepspor"un futbolçuları bundan şübhələnərək, klub rəhbərliyinə məlumat veriblər. Rəhbərlik isə dərhal polisə müraciət edib. Nəticədə polis "Qaziantepspor"un üzvləri ilə birlikdə futbolçunun evinə yollanıb. Evə girdikdə isə asayiş keşikçiləri Raytoralın cəsədi ilə qarşılaşıblar. Şoka düşən "Qaziantepspor"un futbolçuları göz yaşlarına saxlaya bilməyiblər. 

Özünü tavandan asan Raytoralın Qaziantepdə yalnız qaldığı evində çex dilində yazı aşkar olunub. Polisin tapdığı həmin yazı dərhal türk dilinə tərcümə edilib. Nəticədə 31 yaşlı futbolçunun borcları ilə əlaqədar, intihara əl atdığı ehtimalı yaranıb. Belə ki, yazı Raytoralın alacağı və verəcəyi borcların siyahısından ibarət olub.

Polis Raytoralın sevdiyi qızdan ayrıldığı üçün belə addım atması ilə bağlı yayılan digər variantı da araşdırmağa başlayıb. Bununla bağlı hələ ki, hansısa nəticə əldə edilməyib. Futbolçunun ölüm saatı isə meyitinin yarılmasından sonra müəyyənləşəcək.

Çexiya mətbuatında isə 2012-2014-cü illərdə millidə 14 oyun keçirmiş futbolçunun ölkəsində olduğu dövrdə "xroniki yorğunluq" və "tükənmişlik sindromu"na görə müalicə aldığı yazılıb.

Qeyd edək ki, Frantsek Raytoral "Qaziantepspor"a ötən il "Viktoriya"dan transfer olunmuşdu. O, Çempionlar Liqasının 2016/17 mövsümünün III təsnifat mərhələsində "Qarabağ"la hər iki matçda (0:0, 1:1) ehtiyatda olub. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, çexiyalının sürpriz ölümünün təfərrüatları üzə çıxıb.  

***

"Qaziantepspor" evində intihar edən 31 yaşlı çexiyalı oyunçusu Rajtoralda 2008-ci ildə xroniki yorğunluq sindromu xəstəliyinin təsbit edildiyi ortaya çıxıb. "Banik Ostrava" forması geydiyi 2008-ci ildə ilk olaraq bu xəstəliyin diaqnozu qoyulduğu, "Viktoria Plzen"də oynadığı 2014-ci ildə da xroniki yorğunluq sindromundan əziyyət çəkdiyi müəyyən edilib. Çexiyada son dövrdə bir çox məşhur idmançının eyni xəstəliyə tutulduğu, tennisçilər Radek Stepanek, Nilkole Vaidisova, hokkeyçi Milan Hnilickanın bu cür idmançılardan olduğu bildirilir.  31 yaşlı futbolçunun intiharında "Qaziantepspor"un digər çex futbolçusu Daniel Kolarla ötən yaxın aylarda yollarını ayırması da diqqət çəkən məqamlardan hesab edilir. 31 yaşlı Koların gedişiylə Rajtoralın "Qaziantep"dəki təklik hissinin artdığı iddiaları çoxalıb.

Sevgilisi ilə ötən il ayrılan Rajtoral sentyabr ayında Türkiyəyə gələrkən "İndi bir tək sevgilim Kolardır" deyə zarafat etmişdi. Milli.az Skorer-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31