Tramp administrasiyası "Green Card" lotereyasını yenidən dayandırıb

ABŞ-də 2027-ci il üçün "Green Card" lotereyası yenidən təxirə salınıb.

Bu barədə "Vısa-Guru" portalı məlumat yayıb.

Bu yaxınlarda məhkəmə ABŞ administrasiyanın üzərinə noyabrın 1-dən müraciətlərin qəbuluna başlamaq öhdəliyi qoysa da, Tramp administrasiyası qərardan apellyasiya şikayəti verərək onun icrasının dayandırılmasına nail olub.

Lotereya 2025-ci ildən milli təhlükəsizlik məsələsi əsas gətirilərək dayandırılıb. Yeni tarixlər hələ açıqlanmayıb.

"Green Card" nədir?

"Green Card" (yaşıl kart) ABŞ-də daimi sakin statusunu təsdiq edən sənəddir. Onun sahibləri:

 

  • ABŞ-də məhdudiyyətsiz yaşamaq və işləmək;

  • sosial güzəştlərdən yararlanmaq;

  • gələcəkdə ABŞ vətəndaşlığı almaq üçün müraciət etmək hüququ əldə edirlər.

"Diversity Visa" lotereyası hər il keçirilir. ABŞ-yə immiqrasiya səviyyəsi nisbətən aşağı olan ölkələrin, o cümlədən Qazaxıstanın vətəndaşları lotereyada iştirak edə bilərlər.

Qeyd edək ki, DV-2026 lotereyasının nəticələrinin müəyyənləşdirilməsi prosesi artıq başa çatıb. Növbəti - DV-2027 lotereyasının keçirilmə tarixləri isə hələ məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31