Çinlə ticarət dövriyyəmiz nə qədər artıb?

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 3,459 milyard ABŞ dolları təşkil edib.

Hesablamalara görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 59,4 milyon ABŞ dolları və ya 1,7% çoxdur.

Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 9,30%-i həcmində olub. Bununla da Çin Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Çinə 83,708 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,055 milyon ABŞ dolları və ya təqribən 18,5% çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 3,376 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 46,3 milyon ABŞ dolları və ya 1,4% artım deməkdir. Bununla da Çin Azərbaycanın ən çox idxal əməliyyatları etdiyi ölkələr siyahısında ilk pillədə qərarlaşıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə ümumi dəyəri 37,210 milyard ABŞ dolları olan ticarət əməliyyatları həyata keçirib.

Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1,836 milyard ABŞ dolları və ya 5,2 faiz artıb.

Xarici ticarət dövriyyəsinin 23,865 milyard ABŞ dolları ixracın, 13,346 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, son bir ildə ixrac 5,259 milyard dollar və ya 28,3 faiz artıb, idxal isə 3,423 milyard dollar və yaxud 20,4 faiz azalıb.

Nəticədə, Azərbaycanın xarici ticarət balansında 10,519 milyard ABŞ dolları həcmində müsbət saldo formalaşıb. Bu göstərici illik müqayisədə 8 milyard 379 milyon dollar və ya 5,7 dəfə artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31