Fikrət Məmmədov Goranboyda qəbul keçirəcək
Aprelin 26-da ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Goranboy rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Goranboy şəhəri, Dədə Qorqud küçəsi, 27) Goranboy və Xocalı rayonlarından və Naftalan şəhərindən olan vətəndaşların qəbulu keçiriləcək. Bu barədə nazirlikdən verilən məlumata görə, vətəndaşlar qəbula Gəncə regional ədliyyə idarəsi (ünvan: Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi; əlaqə telefonu: (022) 254-48-15,(022) 254-48-21), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Goranboy rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər. Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
24 Aprel 2017 14:42 SosialAprelin 26-da ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Goranboy rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Goranboy şəhəri, Dədə Qorqud küçəsi, 27) Goranboy və Xocalı rayonlarından və Naftalan şəhərindən olan vətəndaşların qəbulu keçiriləcək. Bu barədə nazirlikdən verilən məlumata görə, vətəndaşlar qəbula Gəncə regional ədliyyə idarəsi (ünvan: Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi; əlaqə telefonu: (022) 254-48-15,(022) 254-48-21), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Goranboy rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər. Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.