Gündəm
Parlamentalizm siyasi plüralizmin təməl prinsiplərindəndir
Azərbaycanda siyasi plüralizm ənənələrinin davam etdirilməsi dövlətin siyasi fəaliyyət prinsiplərinin əsaslarından birini təşkil edər. Elə bu səbədən də ölkədə siyasi plüralizmin təmin olunması istiqamətində lazım olan bütün addımlar atılmaqdadır. Sözügedən siyasi plüralizmin ənənələrindən biri də parlament seçkilərinidir ki, bunun üçün ölkədə bütün mümkün imkanlar yaradılıb.
AMEA-da “Təxirəsalınmaz ilkin tibbi yardımın əsas bilikləri”
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Bilik Fondu ilə birgə Azərbaycan Mərkəzi Elmi Kitabxanasında tədbir keçirdi. Nazirlikdən “Olaylar” – a bildirilib ki, IV İslam Oyunları könüllülərinin iştirakı ilə keçən tədbirdə “Təxirəsalınmaz ilkin tibbi yardımın əsas bilikləri” mövzusunda maarifləndirici mühazirə dinlənildi.
SKMF-nın maliyyə hesabatlarının auditi keçirilib
"RSM Azerbaijan" beynəlxalq audit şirkəti tərəfindən Beynəlxalq Audit Standartları əsasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2016-cı il üzrə maliyyə hesabatlarının auditi keçirilib.Bu barədə İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, audit zamanı Fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, Fondun maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib. "RSM Azerbaijan" beynəlxalq audit şirkəti tərəfindən verilmiş rəyə əsasən, Sahibkarlığa Kömək Milli Fondunun 2016-cı il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilib, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun aparıldığı müəyyən edilib.
Aydın Əliyev Ağsuda qəbul keçirəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev aprelin 28-də saat 11:00-da Ağsu şəhərindəki Gənclər Mərkəzində (M. Ə. Rəsulzadə küç. 174) bu bölgədən olan vətəndaşları qəbul edəcək. Komitədən verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən-Ağsu, Şamaxı, Qobustan, İsmayıllı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.Qəbulda iştirak etmək istəyən vətəndaşlar aprelin 27-si saat 11:00-dək "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Şirvan Gömrük İdarəsi (əlaqə telefonu: (021) 215-34-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Milli “Ailə Ocağı” mövzusunda forum keçiriləcək
Məclisin deputatı Naqif Həmzəyev 2017-ci ilin MDB məkanında Ailə İli elan olunması ilə əlaqədar Tacikistanın paytaxtında keçiriləcək “Ailə ocağı” mövzusunda forumda iştirak etmək üçün Düşənbəyə səfər edib. Milli Məclisdən verilən məlumata görə, MDB ölkələri könüllülərinin təşəbbüsləri forumunda deputatımız “Azərbaycan Respublikasında gənclər siyasəti” mövzusunda məruzə edəcək. Forum çərçivəsində MDB məkanındakı gənclər təşkilatları və assosiasiyaları arasında tərəfdaşlıq və əməkdaşlığın inkişafına dair məsələlərə baxılacaq, ailə quruculuğunda vətəndaş təşəbbüslərinin dəstəklənməsinə diqqət yetiriləcək, demoqrafiya siyasəti nəzərdən keçiriləcək. Form aprelin 28-də başa çatacaq.
IV İslam Həmrəylik Oyunları sosial şəbəkələrdə təbliğ olunacaq
Binəqədi rayonunda IV İslam Həmrəylik Oyunlarının Sosial şəbəkələrdə təbliğat kampaniyası ilə bağlı toplantı keçirilib.
Növbəti hərraca 74 qeyri-yaşayış sahəsi və 11 nəqliyyat vasitəsi çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 23 may tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Bu hərraca ümumilikdə 133 dövlət əmlakı olmaqla 25 səhmdar cəmiyyəti, 23 kiçik dövlət müəssisə və obyekti, 74 istifadəsiz qeyri-yaşayış sahəsi və 11 nəqliyyat vasitəsi çıxarılıb. Komitədən verilən məlumata görə, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Balakən, Zaqatala, Lənkəran, Tərtər, Şəmkir, Ağcabədi, Gəncə və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Balakən Əmlak Kompleksi, Zaqatala Barama Toxumu Zavodu, Sumqayıtda 22 saylı mağaza kimi iri dövlət əmlakları var.
Lənkəranda “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans işə başlayıb
Aprelin 24-də Lənkəran şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyə Cümhuriyyətinin Atatürk Araşdırma Mərkəzi (ATAM) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans işə başlayıb.
Mogerini: "Ukrayna məsələsində Rusiya ilə fikir ayrılığımız davam edir"
"Avropa İttifaqı və Rusiya arasında Ukrayna ilə bağlı qlobal fikir ayrılığı davam edir". Bunu Aİ-nın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinirusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşün yekununa dair mətbiat konfransında bildirib. "Avropa İttifaqının Rusiya ilə bir neçə qlobal fikir ayrılığı var. Bu, ilk növbədə Ukrayna məsələsi ilə bağlıdır.
ABŞ-ın hədəfə dəyməyən raketlərində Rusiya BARMAĞI - Ekspertdən ŞOK İDDİA
ABŞ-ın aprelin 7-də Suriyanın Şayrat aviabazasına atdığı raketlərin bir hissəsi Rusiya tərəfindən zərərsizləşdirilib. Bu iddia ilə Vaşinqtondakı “Gulf State Analytics”in baş məsləhətçisi Teodor Karasik çıxış edib.
Ərdoğan onu öldürməyə çağıran fransızdan prokurorluğa şikayət etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onun barəsində qalmaqallı fikirlər işlədən fransız politoloqu Filip Moro Defarqdan Ankaran prokurorluğuna şikayət edib.
Aprel döyüşlərində yaralanmış hərbçilər Mehriban Əliyevanın təşəbbüsü ilə protezlə təmin olunub
“2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi üzrə işlər başa çatdırılıb. Heydər Əliyev Fondundan verilən məlumata görə, Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ordumuzun yaralanmış bir qrup əsgər və zabiti ilə keçirdiyi görüşdə verdiyi tapşırığa əsasən, layihə üzrə 20 gün ərzində müvafiq işlər həyata keçirilib, hərbçilərə amputasiya olunan hərəki hissələrə protezlər quraşdırılıb.
İran prezident aparatının nümayəndəsi: “Azərbaycanla münasibətlər daha da inkişaf edəcək”
“Azərbaycan və İran arasında əlaqələr yaxın gələcəkdə daha da inkişaf etdiriləcək”. Bunu İran prezidenti Həsən Ruhaninin ofis direktorunun siyasi məsələlər üzrə müavini Həmid Abutalibi deyib. O bildirib ki, iki ölkənin əlaqələri hazırda yaxşı səviyyədədir: “Azərbaycan və İran arasında əlaqələr regionda misilsiz olmalıdır. Hazırda iki ölkənin bir-birinə yaxınlaşması ilə bu, baş verməkdədir. İran və Azərbaycan bir-birinə çox yaxındır”.
"Dedi ya pulu gətir, ya da arvadını" - Facebook-da cinayət mesajı
İstanbulun Maltepe ərazisində dəhşətl qətl hadisəsi törədilib. 27 yaşlı Abdullah Yılankaya yanında çalışdığı qəhvəxana administratoru Bayram Çakırı (55) küçənin ortasında güllələyərək öldürüb. Polisə zəng edib təslim olan Yılankaya cinayəti nəzarətdə olan zaman atdığı mesaj ilə eşitdirdi.
Rza Zərrab üçün mühüm gün - Ebru onu tək buraxdı
Müğənni Ebru Gündeşin əri, iş adamı Rza Zərrab bu gün yenidən hakim qarşısına çıxır. Zərrab haqqında 75 il həbs və 50 milyon dollar cərimə tələb olunan məhkəmədə iş adamını vəkillər qrupu müdafiə edəcək. Bu qrupda ABŞ prezidenti Donald Trampa yaxınlığı ilə tanınan Nyu-Yorkun keçmiş bələdiyyə sədri Rudolf Giuliiani da yer alıb.














