Növbəti hərraca 74 qeyri-yaşayış sahəsi və 11 nəqliyyat vasitəsi çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 23 may tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Bu hərraca ümumilikdə 133 dövlət əmlakı olmaqla 25 səhmdar cəmiyyəti, 23 kiçik dövlət müəssisə və obyekti, 74 istifadəsiz qeyri-yaşayış sahəsi və 11 nəqliyyat vasitəsi çıxarılıb. Komitədən verilən məlumata görə, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Balakən, Zaqatala, Lənkəran, Tərtər, Şəmkir, Ağcabədi, Gəncə və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Balakən Əmlak Kompleksi, Zaqatala Barama Toxumu Zavodu, Sumqayıtda 22 saylı mağaza kimi iri dövlət əmlakları var.
24 Aprel 2017 15:22 SosialƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 23 may tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Bu hərraca ümumilikdə 133 dövlət əmlakı olmaqla 25 səhmdar cəmiyyəti, 23 kiçik dövlət müəssisə və obyekti, 74 istifadəsiz qeyri-yaşayış sahəsi və 11 nəqliyyat vasitəsi çıxarılıb. Komitədən verilən məlumata görə, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Balakən, Zaqatala, Lənkəran, Tərtər, Şəmkir, Ağcabədi, Gəncə və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Balakən Əmlak Kompleksi, Zaqatala Barama Toxumu Zavodu, Sumqayıtda 22 saylı mağaza kimi iri dövlət əmlakları var.
Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Balakən Əmlak Kompleksidir. 1 milyon 72 min manata təklif olunan müəssisənin torpaq sahəsi 37,602 kv.m.-dir. Bundan başqa Zaqatala Barama Toxumu Zavodu 425 min 625 manata, Sumqayıtda yerləşən 22 saylı mağaza 326, 786 manata, "Çinar" soyuducular zavodunun Şəmkir filialı 225 min manata hərraca çıxarılıb.