Gündəm

Gülən 100 il yaşamaq üçün görün nə etdi? – Rokfellerin yolunu gedir

24 Aprel 2017 16:25

Fəthullahçı Terror Təşkilatının (FETÖ) ABŞ-da yaşayan lideri Fəthullah Gülən 100 il yaşamağı qarşısına məqsəd qoyub.  FETÖ-də “Xüsusi Sağlamlıq Xidməti və Katiblik” vəzifəsində çalışan və 2015-ci ildən xaricdə yaşayan Tuncay Delibaşının ən mühüm vəzifəsi Gülənin orqanlarının yenilənməsi layihəsi icra etmək olub.

“Gözəllik kraliçası” yenidən ADGTT-nın səhnəsində...

24 Aprel 2017 16:23

Gənc Tamaşaçılar Teatrında Azərbaycan teatr məkanında ilk dəfə olaraq məşhur dramaturq Martin MakDonaxın “Lineynin trilogiyası”na daxil olan 3 əsərindən biri – “Lineynin gözəllik kraliçası” tamaşası növbəti dəfə nümayiş etdirilib.

Gənc Tamaşaçılar Teatrı “IV İslam Həmrəyliyi Oyunları”na tam hazırdı

24 Aprel 2017 16:22

ⅦGənc Tamaşaçılar Teatrında “IV İslam Həmrəyliyi Oyunları” – na dair bütün hazırlıq işləri artıq yekunlaşıb.  Qonaqların tamaşalara daha rahat şəkildə baxmaları üçün teatr repertuarınada olan tamaşların ingilis dilinə tərcümə olunub səhnədəki qurğu ilə subtitrlər vasitəsilə ötürülməsi və s. təşkilati məsələlər təmin edilib.

Paytaxtda “dilənçi əməliyyatı” keçirilib

24 Aprel 2017 16:21

Bakı şəhərində dilənçiliklə məşğul olan 12 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətində verilən məlumata görə, Nəsimi RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olduqlarına görə 12 nəfər saxlanılıb. Saxlanınlar  barələsində protokollar tərtib edilib.

Turizm sahəsində karyera qurmaq istəyən gənclər üçün “Karyerada ilk addım” devizi altında tədbir keçiriləcək

24 Aprel 2017 16:19

2 may 2017-ci il tarixində saat 11:00-da Bakı Biznes Mərkəzində (Bakı şəhəri, Neftçilər prospekti 44)  tələbə və məzunların turizm sahəsi üzrə əmək bazarına inteqrasiyasına kömək göstərilməsi məqsədilə “Karyerada ilk addım” devizi altında tədbir keçiriləcəkdir. Tədbir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin  təşəbbüsü və dəstəyi  Azərbaycan Turizm və Menecment Universitetinin  təşkilatçılığı ilə baş tutacaq.

TUMIB qəhrəmanlarla bağlı layihə həyata keçirəcək

24 Aprel 2017 16:17

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Qəhrəmanlarımız bizim qan yaddaşımızdır” adlı layihənin icrasına başlayıb. İctimai Birlikdən “OLAYLAR”-a bildirilib ki, layihənin əsas məqsədi Bakı, Tovuz, Cəlilabad və Quba şəhərlərində yaşayan yeniyetmə və gənclər arasında milli qəhrəmanlarımızı və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılmasıdır. Layihə çərçivəsində adıçəkilən şəhərlərdə yaşayan yeniyetmə və gənclərə konfranslar və görüşlər vasitəsiilə Vətənpərvərlik sevgisini aşılamaq, ölkəmizdə öz şanlı qəhrəmanlarını tanıyan və qürur duyan yeni nəsilin yetişməsinə xidmət etməkdir.

Azərbaycanlı alimin kitabı BMT kitabxanasında  

24 Aprel 2017 16:16

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevin dünyanın bir nömrəli problemi olan ərzaq təhlükəsizliyi ilə bağlı Almaniyada çap olunmuş "Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” kitabı Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrdəki Mərkəzi Kitabxanası tərəfindən araşdırılıb.

Cahangir Hacıyevin şikayətinə baxılacaq vaxt bilindi

24 Aprel 2017 16:13

Bakı Apellyasiya Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digərlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılacaq vaxt məlum olub.

"Ayaz Mütəllibovu həbsdən şəxsən mən xilas etmişəm..."

24 Aprel 2017 16:10

Rusiya Dövlət Dumasının deputatı, özünün ermənipərəst fəaliyyəti ilə tanınan bədnam MDB ölkələri İnstitutunun direktoru Konstantin Zatulin Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovu həbsdən "şəxsən xilas etdiyini" deyib.

“Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib

24 Aprel 2017 16:08

“Aydınlığa doğru” İctimai Birliyinin “Ailə Akademiyası” layihəsinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı Yeqanə Cəfərova, Təhsil Nazirliyinin və digər qurumların, beynəlxalq təşkilatların, QHT-lərin nümayəndələri, məktəblilər və valideynlər iştirak etmişlər. Ombudsmanın mətbua xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edən Ombudsmanın nümayəndəsi Y.Cəfərova qurumun fəaliyyəti dövründə ailə mövzusunda bir sıra tədbirlərin keçirildiyini, qadın, uşaq, ahıl, əlilliyi olan şəxslərin hüquqları ilə bağlı aidiyyəti qurumlara çoxsaylı təkliflərin verildiyini söyləmişdir.

Mal-qara, televizor, kompüter girov qoymaqla kredit götürmək mümkün olacaq

24 Aprel 2017 16:07

Milli Məclisin İqtisadi siyasəti, əsnaye və sahibkarlıq komitəsinin iclasında  “Daşınar əmlkaın yüklülüyü haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən  Maliyyə Bazarlarına Nəzarət Palatasının  (MBNP) təmsilçisi Nurlan Babayev bildirib ki,  sənədə əsasən insanlar daşınar əmlakı reyestrdən keçirməklə, kredit götürmək imkanı əldə edəcəklər:“Yəni, vətəndaş evindəki texnika, mal-qaranı və digər daşınar vasitələri girov qoyaraq kredit  götürə biləcək.  Belə qanun dünyanın müxtəlif ölkələrində var və bir çox ölkələrdə bu qanunun böyük “uğur hekayəsi” var.

Hollandiyada azərbaycanlılar arasında dava: Surət Hüseynovun keçmiş cangüdəni bıçaqlandı - VİDEO

24 Aprel 2017 16:02

Niderland Krallığında azərbaycanlılar arasında dava düşüb.  Hadisə krallığın Vestervoort şəhərində keçirilən toy mərasimində baş verib. Hadisə zamanı Polad Məmmədov adlı azərbaycanlı 5 bıçaq zərbəsi alıb. O, helikopter vasitəsilə hospitala çatdırılıb. Ürək nahiyəsindən bıçaqlanmış yaralının vəziyyətinin ağır olduğu bildirilir. Baş verən hadisə ilə bağlı bir nəfər saxlanılıb.

Azərbaycanlı bəstəkarın yeni layihəsi: “Mənə niyə baxmırsan?” - VİDEO

24 Aprel 2017 15:55

Tanınmış azərbaycanlı bəstəkar Rövşən Əyyubov “Mənə niyə baxmırsan” adlı klipini mediaya təqdim  edib. Olaylar.az-a açıqlama verən bəstəkar bildirib ki, müəllifi olduğu bəstəni özü ifa edib: “Mahnının ərsəyə gəlməsində bir çox ölkələrdən, Ukrayna, Almaniya, Şotlandiyadan musiqiçilər cəlb olundu.

Lavrov-Mogerini görüşündə sanksiyalar müzakirə olunub

24 Aprel 2017 15:41

Avropa İttifaqı (Aİ) tərəfindən 2014-cü ildə Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar bu gün Moskvada Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasındakı görüşdə müzakirə olunub.

Saxta pul satanlar yaxalandılar

24 Aprel 2017 15:39

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini əvvəllər məhkum olunmuş İbrahim Qurbanovun tanışı Biləsuvar rayon sakini Ülvi Vahabzadə ilə birlikdə saxta pul əskinaslarının satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olub.