Zelenski və Putin arasında görüş ehtimalı artır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüşdə ərazi məsələləri də daxil olmaqla, ən həssas mövzuları müzakirə etməyə hazır olduğunu bildirib. Ukrayna xarici işlər naziri Andriy Sibiqanın sözlərinə görə, bu mövqe Oktyabrın 27-də Finlandiya Prezidenti Aleksandr Stubb və Norveç Baş naziri Yonas Störe tərəfindən telefon zəngi vasitəsilə Putinə çatdırılıb. Sibiiqa görüşün Moskva, Belarus və Şimali Koreya istisna olmaqla hər hansı bitərəf mekanda baş tuta biləcəyini və ABŞ, Ukrayna, Rusiya arasında növbəti üçtərəfli danışıqların Noyabrda Əbu-Dabidə keçiriləcəyini qeyd edib. ABŞ Prezidenti Donald Tramp da yaxın vaxtlarda tərəflər arasında sammitin təşkil olunacağına ümid etdiyini bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə sammit ehtimalını təkzib etməsə də, belə bir görüşdən əvvəl uzun və ciddi hazırlıq işlərinin aparılmalı olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31