Lavrov-Mogerini görüşündə sanksiyalar müzakirə olunub
Avropa İttifaqı (Aİ) tərəfindən 2014-cü ildə Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar bu gün Moskvada Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasındakı görüşdə müzakirə olunub.
24 Aprel 2017 15:41 DünyaAvropa İttifaqı (Aİ) tərəfindən 2014-cü ildə Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar bu gün Moskvada Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasındakı görüşdə müzakirə olunub. Bu barədə S. Lavrov görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib. "Biz özümüz sanksiyalar məsələsinə toxunmuruq, bu məsələ istər-istəməz açılır. Çünki sanksiyalar Avropa İttifaqı ilə münasibətlərimizi təyin edən süni problemlərin bir hissəsidir", - deyə nazir söyləyib.
Rusiya XİN başçısı ikitərəfli münasibətlərdəki problemlərin müzakirəsinin vacibliyini qeyd edib: "Sistemli problem olmasına baxmayaraq, bizim danışıqlar aparmaq istəyimiz var. Ümid edirik ki, baş verənlər sağlam qiymətləndiriləcək. Bütün hallarda biz qonşuyuq. Ən yaxşısı problemləri müzakirə etməkdir". Apa.az