Gündəm

Fahişəlik və qumara görə cərimə tətbiq olunacaq

24 Aprel 2017 17:32

Azərbaycanda fahişəliyə və qumar oyunlarına görə inzibati cəza ilə yanaşı, cərimələr də tətbiq edilir. Bu, Cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) və 244-1-ci (Qumarxana təşkil etmə və ya saxlama) maddələrinə təklif edilən dəyişiklikdə əksini tapıb. Maddə 244-ün 1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) bəndində “400 saatdan” sözlərindən əvvəl “2500 manatdan 3500 manata qədər” cərimə sözləri əlavə edilir.

Azərbaycanlı müğənni: "Ərimdən xəbərsiz abort etdirdim"

24 Aprel 2017 17:30

Sabah, yəni aprelin 25-də Milli Məclisin plenar iclasında  abortlarla bağlı Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi müzakirə olunacaq. Qeyd edək ki, Azərbaycanda şəxsin razılığı olmadan onun nəsilartırma qabiliyyətindən məhrum edilməsi, qadının hamiləlikdən qorunması məqsədilə əməliyyat aparanların cəzalandırılması qaydaları dəyişdirilir, qanunsuz abortun edilməsinə görə cərimələrin məbləği artırılır. Bununla yanaşı, abortların qarşısını almaq məqsədilə bir sıra sosial layihələr həyata keçirilir. Bu layihələrdə Azərbaycanın tanımış simaları da iştirak edir.

Məktəb psixoloqları ilə görüşlər keçirilir

24 Aprel 2017 17:25

Aprel ayından başlayaraq Təlimə Dəstək Mərkəzində paytaxtın ümumi təhsil məktəblərinin psixoloqları ilə görüşlər keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, görüşlərin keçirilməsində əsas məqsəd məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltməkdən ibarətdir.

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

24 Aprel 2017 17:23

“Neft Daşları” yatağındakı 1637A saylı estakadayanı meydançadan 2651 nömrəli quyu qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə,q uyu məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən qazlift üsulu ilə məhsul vermiş, 1392-1387 metr intervaldan sutkalıq 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Şuranın qaynar xətti fəaliyyətə başlayıb

24 Aprel 2017 17:11

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 1672 nömrəli qaynar xətti fəaliyyətə başlayıb. Qaynar xəttə sabit şəbəkə telefonlarından və mobil operatorlardan zəng etmək mümkündür. Buradan verilən məlumata görə, 2017-ci ilin noyabrında Şura həyata keçirdiyi xidmətlərlə əlaqədar Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planının 4.1.2. və 4.2.3 bəndlərinə uyğun olaraq fəaliyyətində effektivliyi, şaffaflığı, hesabatlılığı və aşkarlığı daha da artırmaq məqsədi ilə QHT-lərin təklif və şikayətlərinin qəbulu üçün daxili nəzarət və qiymətləndirmə xidməti yaradıb.

Pedro Agramunt ASPA-nın iclas salonundan qovulub

24 Aprel 2017 17:07

Avropa Şurası  Parlament Assambleyasının prezidenti Pedro Aqramunt bu saatlarda AŞ PA-nın iclas salonundan qovulub.  AŞPA sessiyasını izləyən şəxslərin verdiyi ə xəbərə görə, buna səbəb Agramuntun Suriya diktatoru Bəşər Əsədlə əlaqələrinin üzə çıxması olub. İclasda çıxış edən parlamentarilər ona etimadsızlıq nümayiş etdirib. Davamlı tənqidlərdən sonra o, salonu tərk edib.

"Ağamusa Axundov və Azərbaycan filologiyası" mövzusunda beynəlxalq konfrans

24 Aprel 2017 16:53

Aprelin 24-də AMEA – nın Rəyasət Heyəti və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, professor Ağamusa Axundovun 85 illik yubileyi münasibətilə "Ağamusa Axundov və Azərbaycan filologiyası" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Akademiyadan “Olaylar” – a bildirilib ki, tədbir iştirakçıları ilk olaraq II Fəxri Xiyabanda A.Ağundovun məzarını ziyarət ediblər.

ADMİU-da amerikali professor sosial iş üzrə seminar keçirdi

24 Aprel 2017 16:52

Azərbaycan Sosial İş İctimai Birliyi ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosunun maliyyə dəstəyi ilə “Fullbright” proqramı çərçivəsində fəaliyyətlərini həyata keçirir. Sosial İş İctimai Birliyi Azərbaycanda sosial işin tanınması və inkişafı istiqamətində müvafiq hökumət qurumları, QHT-lər və sosial işin tədris olunduğu universitetlərlə sıx əməkdaşlıq edir.

Milli qəhrəmanın xatirəsinə həsr olunmuş çempionat keçirilib

24 Aprel 2017 16:50

Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun xatirəsinə həsr olunmuş 5-ci açıq Şotokan Karate-Do çempionatı keçirilib. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, Azərbaycan Milli Karate Federasiyası və Beynəlxalq Şototkan Karate-Do Federasiyasının (SKİF) Azərbaycan nümayəndəliyinin Sumqayıt şəhər şöbəsinin birgə təşkil etdiyi xatirə turnirində respublikanın müxtəlif bölgəsindən 20-dən artıq klubun tərkibində 300-dən çox 5-17 yaşlı uşaq, yeniyetmə və gənc idmançı iştirak edib.

Taksim meydanı bağlanacaq

24 Aprel 2017 16:45

İstanbulun Taksim meydanı mayın 1-də bağlanacaq. Türkiyənin daxili işlər naziri Süleyman Soylu və Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının sədri Kani Beko arasında keçirilən görüşdən sonra 1 May - Beynəlxalq Əmək Günündə Taksimdən istifadəyə icazə verilməyəcəyi elan edilib.

Əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil edilib

24 Aprel 2017 16:38

Dövlət Miqrasiya Xidməti (DMX) Xaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Qubada əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil edib. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, Quba rayonunun Gənclər mərkəzində təşkil edilmiş səyyar xidmətin imkanlarından 47 şəxs istifadə edib.

"Balakən" gəmi-bərəsi təmirə dayandı

24 Aprel 2017 16:37

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Balakən” gəmi-bərəsi “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmirə dayanıb. Hazırda tərsanədə olan gəmi-bərənin təmir işləri “Zığ” Gəmi Təmiri Zavodunun mütəxəssisləri ilə birgə aparılır. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, artıq xeyli iş görülüb. Belə ki, gəminin matavozları təmir olunub, təkərləri dəyişdirilib, sualtı gövdə hissəsinin təmizlənməsi və rənglənməsi başa çatdırılıb. Hazırda gəminin avar valının təmirinə başlanılıb. Onun sükan qurğusuna da baxış keçiriləcək. Təmir işlərinin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulan gəmi-bərə müvafiq yoxlanışdan uğurla keçdikdən sonra yenidən açıq dənizə qaytarılacaq.

Deputatdan etiraz: “Gedin məsələni Vergilər Nazirliyi ilə həll edin”

24 Aprel 2017 16:35

“Bir çox ölkələrdə bu qanun fəaliyyət göstərir. Amma MDB məkanında mən eştməmişəm. Bu qanunun müsbət tərəfləri çoxdur”. Bunu Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye  və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, Azərbaycanda bizim mühitə uyğun olaraq daşınar əmlakı, yəni ev əşyalarını qoyub kredit götürmək o qədər də qəbul olunmur: “Bu bizim mentalitetə bir o qədər də uyğun deyil. Bunu izah etmək lazımdır ki, bu insanların xeyrinədir. Mən sizə açıq deyim. Burada əsas məqsəd bank sektorunun sağlamlaşdırmaq və aktivləşdirməkdir”.

Səudiyyə Ərəbistanının energetika naziri Azərbaycana gəlir

24 Aprel 2017 16:34

Energetika naziri Natiq ƏliyevSəudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Messad İbrahim Əl-Sulaimi qəbul edib. Nazirlikdən verilən məlumata görə, SOCAR nümayəndələrinin də iştirakı ilə baş tutan görüşdə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falihinin aprelin 25-27-də Azərbaycana səfəri ilə bağlı müzakirələr aparılıb.

Bakıda yaşayış binasında yanğında üç polis tüstüdən zəhərlənib -  YENİLƏNİB

24 Aprel 2017 16:32

Ötən gecə Bakıda baş verən yanğında 3 polis əməkdaşı tüstüdən zəhərlənib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 24-də Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğının söndürülməsinə köməklik edən 3 polis əməkdaşı zəhərlənmə diaqnozu ilə Respublika Toksikologiya Mərkəzinə aparılıb, lazımi müalicə aldıqdan sonra evə buraxılıb.