Çin ABŞ-ın qərarına cavab tədbirləri görəcəyini açıqlayıb-ÖZƏL
13:00 DünyaÇin ABŞ-ın ölkədəki laboratoriyalara Amerika elektronikasını, o cümlədən smartfonları sınaqdan keçirməyi qadağan etmək qərarına etiraz edib. Olaylar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun bildirib ki, Pekin bu addımı əsassız hesab edir və Vaşinqtonun qərarı qüvvəyə minəcəyi təqdirdə cavab tədbirləri görəcək.
O qeyd edib ki, ABŞ milli təhlükəsizlik anlayışından sui-istifadə edərək Çin şirkətlərinə təzyiq göstərir. Diplomatın sözlərinə görə, bu addımlar iki ölkə arasında ticarət-iqtisadi münasibətlərə mane olmaqla yanaşı, Amerika şirkətləri və istehlakçılarının da maraqlarına ziddir.
Quo Ciakun vurğulayıb ki, Çin öz qanuni hüquq və maraqlarını qətiyyətlə müdafiə edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31