ADMİU-da amerikali professor sosial iş üzrə seminar keçirdi

Azərbaycan Sosial İş İctimai Birliyi ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosunun maliyyə dəstəyi ilə “Fullbright” proqramı çərçivəsində fəaliyyətlərini həyata keçirir. Sosial İş İctimai Birliyi Azərbaycanda sosial işin tanınması və inkişafı istiqamətində müvafiq hökumət qurumları, QHT-lər və sosial işin tədris olunduğu universitetlərlə sıx əməkdaşlıq edir.

Azərbaycan Sosial İş İctimai Birliyi ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosunun maliyyə dəstəyi ilə "Fullbright" proqramı çərçivəsində fəaliyyətlərini həyata keçirir. Sosial İş İctimai Birliyi Azərbaycanda sosial işin tanınması və inkişafı istiqamətində müvafiq hökumət qurumları, QHT-lər və sosial işin tədris olunduğu universitetlərlə sıx əməkdaşlıq edir.

24-28 aprel tarixlərində amerikalı professor Leticia Villareal-Sosa Mədəniyyət və İncəsənət Universitetində növbəti dəfə "Sosial işin etik prinsipləri" mövzusunda mühazirə ilə çıxış edib. Universitetdən "Olaylar" - a bildirilib ki, professor Leticia Çikaqo Universitetində bakalavr, doktorantura (PhD) və Universitetin Sosial Xidmət Administrasiyası Məktəbinin magistratura dərəcəsinə malikdir. Həyata keçirdiyi tədqiqatlara Latın Amerikası təhsili, sosial uyğunluq, imiqrantların adaptasiyası, gender və miqrasiya, qrup zorakılığının təsirləri və məktəbdə sosial iş aiddir.

Təlim boyu tələbələr nəzəri məlumatlar ilə yanaşı müxtəlif qruplarda praktiki işlər də həyata keçirəcəklər. Sonda iştirakçılar sertifikat ilə təltif olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31