Mask: Demokratlar seçilərsə, ABŞ-da demokratiya sona çata bilər-ÖZƏL
13:40 DünyaAmerikalı milyarder Elon Mask bildirib ki, Demokrat Partiyasının 2028-ci il seçkilərində qələbəsi ABŞ-ın təkpartiyalı dövlətə çevrilməsinə səbəb ola bilər. Olaylar.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb. Maskın sözlərinə görə, demokratlar prezidentliyi, Nümayəndələr Palatasını və Senatı ələ keçirərsə, ölkədə siyasi hakimiyyət üzərində uzunmüddətli nəzarət qurmağa çalışacaqlar.
O, bu ehtimal çərçivəsində Kolumbiya dairəsi və Puerto-Rikoya ştat statusunun verilməsini, qanunsuz immiqrantların leqallaşdırılmasını və ABŞ Ali Məhkəməsinin hakimlərinin sayının artırılmasını qeyd edib.
Qeyd edək ki, ABŞ-da növbəti prezident və Konqres seçkiləri 2028-ci ildə keçiriləcək. Prezident Donald Tramp isə konstitusiyaya əsasən üçüncü müddətə prezident seçilə bilməz.