Əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil edilib
Dövlət Miqrasiya Xidməti (DMX) Xaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Qubada əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil edib. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, Quba rayonunun Gənclər mərkəzində təşkil edilmiş səyyar xidmətin imkanlarından 47 şəxs istifadə edib.
24 Aprel 2017 16:38 SosialDövlət Miqrasiya Xidməti (DMX) Xaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Qubada əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil edib. "OLAYLAR"-ın Xidmətə istinadən verdiyi xəbərə görə, Quba rayonunun Gənclər mərkəzində təşkil edilmiş səyyar xidmətin imkanlarından 47 şəxs istifadə edib. Belə ki, 4 nəfərdən müvəqqəti yaşama icazəsi, 1 nəfərdən daimi yaşama icazəsi, 1 şəxsin vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı müraciətlər qəbul edilib. 17 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması barədə arayış, 8 nəfərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti, 7 nəfərə daimi yaşamaq üçün icazə vəsiqələri verilib. 9 şəxsə isə təqdim etdikləri sənədlərdə mövcud çatışmazlıqlar izah edilib, həmçinin DMX-nin funksiyalarına aid olan xidmətlərlə bağlı qanunvericiliklə tələb olunan sənədlərin siyahısı verilib. Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildirblər.