Pedro Agramunt ASPA-nın iclas salonundan qovulub
Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt bu saatlarda AŞ PA-nın iclas salonundan qovulub. AŞPA sessiyasını izləyən şəxslərin verdiyi ə xəbərə görə, buna səbəb Agramuntun Suriya diktatoru Bəşər Əsədlə əlaqələrinin üzə çıxması olub. İclasda çıxış edən parlamentarilər ona etimadsızlıq nümayiş etdirib. Davamlı tənqidlərdən sonra o, salonu tərk edib.
24 Aprel 2017 17:07 SiyasətAvropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt bu saatlarda AŞ PA-nın iclas salonundan qovulub. AŞPA sessiyasını izləyən şəxslərin verdiyi ə xəbərə görə, buna səbəb Agramuntun Suriya diktatoru Bəşər Əsədlə əlaqələrinin üzə çıxması olub. İclasda çıxış edən parlamentarilər ona etimadsızlıq nümayiş etdirib. Davamlı tənqidlərdən sonra o, salonu tərk edib.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında quruma yeni vitse-prezident də seçilib. Yeni vitse-prezident Rumıniya parlamentinin nümayəndə heyətinin sədri Titus Korlateandır. Qeyd edək ki, AŞPA-ya hər il yaz sessiyasının əvvəlində iyirmi vitse-prezident seçilir .