Gündəm
"İnter" rəhbərliyi baş məşqçini fikrindən döndərə bildi
"İnter"in baş məşqçisi Stefano Pioli İtaliya A Seriyasının 33-cü turunda "Fiorentina"ya 4-5 hesablı məğlubiyyətdən sonra istefa verib. Klub rəhbərliyi onu fikrindən döndərə bilib. Piolinin qərarını qətiləşdirməsi aprelin 30-da "Napoli" ilə baş tutacaq oyuna təsadüf edə bilər.
Almatıda bütün metro stansiyaları təxliyə edilir - BOMBA TƏHLÜKƏSİ
Qazaxıstanın Almatı şəhərində metropolitendə bütün sərnişinlər təxliyə olunur. Buna səbəb stansiyaların birində bomba qoyulması barədə məlumatın daxil olmasıdır. Bununla əlaqədar olaraq şəhərin bütün metro stansiyalarında axtarışlar aparılır. Hadisə barədə ətraflı məlumat verilməyib.
İnterpol bu azərbaycanlını axtarır
İnterpol daha bir azərbaycanlını axtarışa verib. 1972-ci ildə Bakıda anadan olan Tanrıverdi Məhərrəmov barəsində Azərbaycanın məhkəmə orqanı həbs qərarı verib.
Tarixi referendum: Türkiyə təkamül yoluna düzəliş edir
Qardaş ölkədə Konstitusiyaya dəyişikliklərlə bağlı xalq səsverməsi aprelin 16-da uğurla başa çatıb. Seçicilər yeniləşməyə "hə" deyiblər. "Yox" deyənlər də az miqdar təşkil etmirlər. Ancaq səsvermənin maksimum demokratik qaydada keçirilməsi dəqiq nəticə almağa imkan verib.
Miqrantları aparan qayıq batdı - 16 ÖLÜ
Yunanıstan sahillərində miqrantları aparan qayığın batması nəticəsində 16 nəfər həlak olub. Hadisə Lesbos adası yaxınlığında baş verib. Məlumatda qeyd olunur ki, meyitlərdən 9-u adanın yaxınlığında, 7-i isə Türkiyə sularında aşkar edilib. Qayıqda olan iki qadını xilas etmək mümkün olub.
Ticarət festivalında alınan mallara görə ƏDV qaytarılması ilə bağlı rəsmi məlumat
Ticarət festivalının başlanmasından ötən iki həftə ərzində, yəni 2017-ci il aprel ayının 10-23 tarixlərində ticarət festivalı çərçivəsində alınmış mallara görə 172 obyektdə 8358 elektron vergi hesab fakturası tərtib edilib, onlardan da 7902-si Vergilər Nazirliyinin ƏDV köşklərində təsdiqlənib. Təsdiqlənmiş hesab fakturaların 7397-si Azərbaycan vətəndaşları, 505-i isə əcnəbilər tərəfindən təqdim olunub.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Çernobıl əlilləri ilə görüşü keçirib
Hər il aprel aynın 26-da MDB, həmçinin Şərqi Avropanın bir sıra ölkələrdə 20-ci əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş qəzanın ildönümü qeyd olunur. Stansiyada baş vermiş partlayış və yanğın nəticəsində yaranmış radioaktiv bulud Şərqi Avropanın böyük bir hissəsini bürümüş, həmçinin cənub istiqamətində hərəkət edərək böyük bir ərazini radioaktiv maddələrlə zəhərləmişdir.
İqtisadiyyat Nazirliyində müşavirə keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında və Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
Qanunsuz miqrasiya təşkil edənlər sərt cəzalandırılacaqlar
Azərbaycanda qanunsuz miqrasiya təşkil edənlərin 8 min manat cərimələnməsi təklif olunur. Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir. Dəyişiklik layihəsinə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycana qanunsuz gəlməsini, Azərbaycan ərazisində qanunsuz qalmasını, Azərbaycan ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycandan qanunsuz getməsini təşkil etməyə görə 4 min manatdan 8 min manatadək cərimə nəzərdə tutulur.
Azərbaycan ABŞ-da keçiriləcək neft və qaz sərgisində təmsil olunacaq
Energetika naziri Natiq Əliyev Amerika Birləşmiş Ştatlarına səfər edəcək.Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən 1-4 may 2017-ci il tarixində ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçiriləcək neft və qaz sənayesi üzrə ən böyük sərgi və konfrans sayılan “Dənizdə Texnologiyalar Konfransı” nda Azərbaycanın nümayəndə heyəti də iştirak edəcək.
Deputat: “Boşanmaların sürətlə artması cəmiyyəti ciddi narahat etməlidir”
"Boşanmaların sürətlə artması cəmiyyəti ciddi narahat etməlidir”- deyib və çağırış səsləndirib. Bunu deyən millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, dövlətin təməl dayaqları ailədir və güclü ailə ənənələrimizi qoruyub saxlamalıyıq: “Çox ciddi narahatlıq doğuran və təəssüf yaradan fakt ondan ibarətdir ki, getdikcə ailədaxili zorakılıqlar və bundan böyük əziyyət uşaqların sayı artır.
Ermənilərdən Azərbaycana qarşı təxribat
24-27 aprel 2017-ci il tarixində Dubayda keçirilən və dünya boyunca ən nüfuzlu turizm sərgilərindən olan “Arabian Travel Market”-də Ermənistan tərəfi yenə təxribata əl ataraq Ermənistana aid stenddə ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğ edən əyani vasitələr və xəritələr yerləşdirməyə cəhd edib.
Rusiyada məktəbdə partlayış - Ölən və yaralılar var
Dağıstanda məktəbdə partlayış baş verib. Partlayış nəticəsində səkkizinci sinif şagirdi ölüb, 11 uşaq isə yaralanıb. Yaralılardan üçü ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. İnsidentə səbəb kimi silahla ehtiyatsız davranma göstərilir. Belə ki, şagirdlərdən birinin sinifə gətirdiyi qranat partlayıb.
ABŞ-ın hərbi bazası yaxınlığında partlayış
Əfqanıstanın şərqindəki Host əyalətində ABŞ hərbi bazasının yaxınlığında partlayış törədilib. Partlayış naməlum avtomobilin bazaya yaxınlaşmasından sonra baş verib. Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.
İranda ölüm cəzası ləğv olundu
"İran Parlamenti narkotik vasitələri satanlar və yayanlar üçün ölüm cəzasını ləğv edib". Bunu İran Parlamentinin məhkəmə komissiyasının sədri Həsən Novruzi deyib. Onun sözlərinə görə, ölüm cəzası ömürlük həbslə əvəz olunub. Bununla belə, saxlanma zamanı üzərindən soyuq və ya odlu silah aşkar edilən narkotik satıcıları üçün ölüm cəzası qüvvədə qalıb.






.jpg)







