Müstəqillik, milli kimlik və öz taleyini müəyyən etmək hüququ-Özəl
12:03 Siyasət2026-cı il oktyabrın 27-də Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın müasir siyasi kursunun, milli dövlətçilik fəlsəfəsinin və beynəlxalq münasibətlər sisteminə baxışının əsas istiqamətlərinin nümayiş etdirilməsi baxımından mühüm siyasi məzmun daşıyır. Prezident İlham Əliyevin tədbirin açılış mərasimindəki geniş və əhatəli nitqi yalnız mədəniyyətlər və dinlər arasında anlaşma çağırışı ilə məhdudlaşmadı. Burada dövlətlərin suverenliyi, beynəlxalq hüququn aliliyi, münaqişələrin həlli, ikili standartlarla mübarizə, regional təhlükəsizlik, iqtisadi müstəqillik və Azərbaycanın beynəlxalq nüfuzunun artması kimi strateji məsələlər geniş şəkildə diqqətə çatdırıldı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Azərbaycanın dövlətçilik tarixindən və müstəqilliyin bərpasından danışarkən cənab İlham Əliyev milli kimliyin qorunmasının strateji əhəmiyyətini önə çəkdi. Azərbaycan uzun tarixi dövrlər ərzində müstəqil dövlətçilikdən məhrum olsa da, dilini, ənənələrini, həyat tərzini və milli özünəməxsusluğunu qoruyub saxlaya bilib. Müxtəlif siyasi sistemlərin mövcudluğu xalqın milli iradəsini aradan qaldıra bilməyib.
Müstəqilliyin bərpasının 35-ci ildönümü fonunda səsləndirilən bu fikirlər Azərbaycanın dövlət quruculuğu təcrübəsinin əsas məğzini ifadə edir: xalq öz gələcəyini müəyyən etmək hüququna sahib olmalı, dövlət isə bu hüququ qorumaq gücündə olmalıdır. Prezidentin yanaşmasına görə, müstəqillik yalnız formal siyasi status deyil. O, milli maraqların müdafiəsini, müstəqil qərarverməni, iqtisadi inkişafı, təhlükəsizliyi və milli dəyərlərin qorunmasını əhatə edən bütöv dövlətçilik sistemidir. Azərbaycanın son 35 ildə keçdiyi yol bu amillərin bir-biri ilə sıx bağlı olduğunu göstərir".