Gündəm
Türkiyədə 13 min il əvvələ aid tapıntı: ÜZƏRİNDƏ İNANILMAZ MƏTN VAR - FOTOLAR
13 min il əvvəl Yer kürəsinə düşmüş kometa iqlimi dəyişdirdi və minillik dövrü başlatdı. Minilliyin sonunda artıq insanlar məcburən əkinçiliklə məşğul olmağa başladılar. Beləliklə müasir insan formalaşdı.
Əzələlərin gücünü ölçən "ağıllı" əlcək təqdim edilib
Beyin iflici və dağınıq skleroz xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə əzələlərin möhkəmliyi və gücünü qiymətləndirən həkimlər yalnız öz hisslərinə güvənməli olurlar. Zədələnmiş əlləri büküb açan həkimlər bundan sonra onları möhkəmlik reytinqi üzrə qiymətləndirirlər. Problem ondan ibarətdir ki, bu sistem çox subyektivdir – müxtəlif həkimlər eyni pasiyenti müxtəlif reytinq üzrə qiymətləndirə bilərlər ki, bu da xəstə üçün dərmanların yazılmasında qeyri-dəqiqliklə müşahidə oluna bilər. Bu problemi həll etmək üçün Kaliforniya Universitetinin alimlər komandası “Rady” uşaq xəstəxanası ilə əzələlərin möhkəmliyini və gücünü obyektiv ölçən əlcək hazırlayıblar.
“HTC U 11” beş müxtəlif rəngdə satışa çıxarılacaq
Bu həftənin əvvəlində “HTC” şirkəti “Ocean” adı ilə tanınan yeni qabaqcıl smartfon modelinin təqdimatına dəvətnamələr göndərib. Qurğunun “HTC U” adlandırılacağı gözlənilsə də, qrup üzvü Evan Blass smartfonun ötən il nümayiş olunan “HTC 10” modelini əvəz edəcəyi barədə məlumat verərək onun “HTC U 11” kimi təqdim ediləcəyini bildirib. Məlumata görə, yeni model beş müxtəlif rəngdə (ağ, qara, gümüşü, qırmızı, göy) satışa çıxarılacaq. Həmçinin, bəzi rənglər müəyyən ölkə bazarları üçün eksklüziv ola bilər.
“Samsung Galaxy S8” istifadəçiləri alış-verişi baxışla təsdiq edəcəklər
Yeni qabaqcıl “Samsung Galaxy S8” və “Galaxy S8 Plus” smartfon modellərinin başlıca xüsusiyyətlərindən biri gözün qüzehli qişası skaneridir. İstehsalçı bu avtorizə üsulunun istifadəçinin şəxsiyyətinin biometrik yoxlanışı üçün digər metodlardan, o cümlədən barmaq izi skanerindən daha təhlükəsiz olmasına görə məhz ona xüsusi diqqət yetirir. Bu yaxınlarda təqdim olunan “The Korea Herald” hesabatında “Samsung” şirkəti tərəfindən gözün qüzehli qişası skanerindən “Samsung Pay” kimi ödəniş sistemləri vasitəsilə maliyyə əməliyyatlarının təsdiqi üçün istifadəsinin mümkünlüyünün nəzərdən keçirilməsi barədə məlumat verilir.
“Airbuds Air Translator” dil baryerini aradan qaldıracaq
Honkonqda keçirilən “Global Sources Startup Launchpad” sərgisində digər insanın dilini real vaxt rejimində tərcümə edə bilən “Airbuds Air Translator” qulaqcığı nümayiş olunub. Qulaqcıq bu şəkildə işləyir: müxtəlif dillərdə danışan iki nəfər eyni qulaqcıqdan istifadə edərək bir-biri ilə danışmağa başlayır. Qulaqcığın korpusunda smartfonda xüsusi proqramı işə salan “Danışıq” düyməsi quraşdırılıb. Sözün hər biri tərcümə üçün “bulud” fayl saxlancına göndərilir və digər insana başqa dildə qulaqcıqda səs və qurğu ekranında mətnlə çat şəklində qaytarılır. Bu, həmsöhbətlərə tərcümənin düzgünlüyünü yoxlamağa imkan verir.
"İnter"in 3 futbolçusu "Neftçi"yə keçir
"İnter"in futbolçusu Nizami Hacıyev mövsümlərarası fasilədə "Neftçi"yə keçəcək. bunu "İnter"in baş məşqçisi Zaur Svanadze açıqlayıb.
Devid Bekhem mükafatlandırıldı
"Mançester Yunayted" və İngiltərə millisinin sabiq üzvü Devid Bekhem vətəninin Peşəkar Futbolçular Assosasiyası tərəfindən mükafatlandırılıb.
Tanınmış musiqişünas-alim Ramiz Zöhrabovun vəfatı ilə əlaqədar nekroloq imzalandı
Azərbaycanın tanınmış musiqişünas-alimi, Xalq artisti Ramiz Zöhrabovun vəfatı ilə əlaqədar nekroloq imzalanıb.
ADU-da “Yaponiya Ərzaq Məhsulları” sərgisinə hazırlıqla bağlı görüş keçirilib
Aprelin 24-də Azərbaycan Dillər Universitetində (ADU) oktyabr ayında Bakı Biznes Mərkəzində keçiriləcək “Yaponiya Ərzaq Məhsulları” sərgisinə hazırlıq mərhələsində ADU-da Sərgi Komissiyasının üzvləri ilə yapon dilinə və Yaponiyaya maraq göstərən tələbələr arasında görüş keçirilib.
Azərbaycanın ixrac missiyası Qazaxıstanın Almata şəhərindədir
İxrac missiyaysına ölkəmizdə meyvə-tərəvəz məhsulları, meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, tikinti materialları, maşınqayırma sənayesi və səhiyyə sahəsində fəaliyyət göstərən 19 şirkətin nümayəndəsi daxildir.
Ölən insanın necə dirilə biləcəyi AÇIQLANDI
İnsanlar öldükdən sonra qısa zaman kəsiyində yenidən həyata qayıda bilirlər. Şimal Karolina Universitetinin məşhur professoru Robert Lansın iddialarına görə, öldükdən sonra həyata yenidən qayıda bilərik.
II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək
Azərbaycan Prezidenti İlham Əliyev 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.
İlham Əliyev: "Soyqırımıda birbaşa əli olan şəxslərin hələ də cəzalandırılmaması onları yeni qanlı əməllərə şirnikləndirir"
Prezident İlham Əliyev "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda keçirilən IV beynəlxalq elmi konfransın iştirakçılarına müraciət edib.
ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirilib
Aprelin 24-də Azərbaycan Dillər Universitetinin (ADU) İngilis dilinin tərcüməsi kafedrasının dosenti, şair, tərcüməçi Sabir Mustafanın “Türk sonetləri” adlı kitabının təqdimatı keçirilib.
ADU-da Holokost qurbanlarının xatirəsi anılıb
Aprelin 24-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Holokost qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.














